Əsas Səhifə > Cəmiyyət, Manşet > Məmurlar mətbuatla danışan dillərini dəyişmə qərarını verdilər

Məmurlar mətbuatla danışan dillərini dəyişmə qərarını verdilər


8-01-2015, 13:12
Məmurlar mətbuatla danışan dillərini dəyişmə qərarını verdilər
Son illər Azərbaycanda dövlət qurumları ilə ictimaiyyət arasında münasibətlər normallaşsa da, bəzi dövlət qurumları hələ də ictimaiyyətə qapalı fəaliyyət göstərirlər.

Prezident İlham Əliyevin dövlət qurumlarını ictimaiyyətə açıq təmaslara çağıran bəyanatları da bəzi qurumları hərəkətə gətirməyib.

Editor.az-a məlumatlı mənbələrdən daxil olan informasiya da bu xüsusda təsadüfi sayıla bilməz.

Portalımızı bilgiləndirən mənbənin sözləinə görə, yenicə qədəm qoyduğumuz 2015-ci ilin əvvəllərində ictimai fəaliyyətdən kənar, media ilə uğurlu təmas qurmayan bəzi mətbuat katibləri yola salınacaq.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb, siyahını dərc edirik.

Namiq Həsənov

Nəqliyyat Nazirliyinin aparat rəhbəri, eyni zamanda nazirliyin ictimaiyyətlə əlaqələrinin qurulmasına məsul Namiq Həsənovun yaxın aylarda vəzifədən azad ediləcəyi gözlənilir. Media ilə təmasa marağı olmayan, əksər hallarda jurnalistlərin zənglərini cavabsız qoyan N.Həsənovun nazirlikdə digər vəzifəyə təyinat alacağı gözlənilir.

Nizaməddin Quliyev

Azərbaycan Dövlət Neft Şirkəti Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev də istefaya göndəriləcək. Onun yerinə kimin təyin olunacağı dəqiqləşməsə də, ehtimallara görə, fəal jurnalistlərdən biri “Socar”ın mətbuat katibi postuna gətiriləcək.

Qulu Xəlilov

Əmlak Məsələləri Dövlət Komitəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Qulu Xəlilovun vəzifədən alınacağı gözlənilir. Bundan öncə İqtisadiyyat və Sənaye (əvvəlki İqtisadi İnkişaf) Nazirliyində mətbuat katibinin müavini olan Qulu Xəlilov mətbuata ən qapalı mətbuat katiblərindəndir.

Elçin Qədimov

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun bu il vəzifədən azad ediləcəyi gözlənilir. Mətbuatla münasibətləri heç də yüksək səviyyədə olmayan E.Qədimova ciddi xəbərdarlıq olunduğu da deyilir.

Nailə Məmmədova

Ötən ilin iyununda Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi təyin olunan Nailə Məmmədovanın da vəzifədən gedəcəyi gözlənilir. Onun aktiv fəaliyyət göstərə bilməməsi, mətbuat katibi olaraq mediaya qapalı münasibəti səbəbindən vəzifədən azad ediləcəyi iddia olunur.

Geri qayıt