Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Keçmiş baş hərbi komissarın mandatı təhlükə altında
Keçmiş baş hərbi komissarın mandatı təhlükə altında22-01-2015, 13:44 |
Səlyan rayon İcra Hakimiyyətinin başçısı, bu rayondan olan deputat, istefada olam general Əlağa Hüseynov arasında ciddi qarşıdurma yaşanır. Bununla bağlı özəl informasiya Editor.az-a Səlyandakı mənbələrdən daxil olub. Mənbənin sözlərinə görə, deputat rayonda keçirilən tədbirlərə dəvət olunmur: “İcra başçısı Əlağa Hüseynovun istər Milli Məclisdə, istərsə də seçicilərlə təmaslarında passiv fəaliyyətini nəzərə alıb, onun əleyhinə ciddi kampaniya aparır. Rayondan olan ağsaqqallar və ziyalılarla söhbətlərində Tahir Kərimov açıq şəkildə bildirir ki, bizə biznesmen yox, xalqın içində olan deputat lazımdır. Rayon rəhbəri səlyanlı deputatın Milli Məclisdə bir dəfə də olsun çıxış etməməsini, qanunvericilik təşəbbüslərinin irəli sürülməsindəki susqun mövqeyini, o cümlədən seçicilərə diqqət ayırmamasını əsas gətirib, onun deputat kimi fəaliyyətinin rayon sakinlərinə hörmətsizlik olduğunu deyir. Başçının daha bir arqumenti isə Əlağa Hüseynovun əsas diqqətini biznes fəaliyyətinə ayırması, Bakıda müxtəlif tikinti şirkətlərinə rəhbərlik etməsi ilə bağlıdır. O, “Sahibkar kimi fəaliyyət göstərmək istəyirsənsə, buyur göstər. Daha deputat olmaq nəyinə lazımdır” deyərək, deputatı nüfuzdan salmağa çalışır”. Mənbəmiz bildirir ki, icra başçısı Əlağa Hüseynovdan deputata məxsus Bakıdakı tikinti şirkətindən ona ik ev ayırmasını xahiş edib. Deputat başçının xahişini yerə salandan sonra onların arasında ciddi ixtilaf yaranıb. Sözügedən hadisədən sonra Tahir Kərimov noyabrda keçiriləcək seçkilərdə Əlağa Hüseynovun yox, birinci müavini Etibar Hüseynovun deputat seçilməsinə çalışır. Xatırladaq ki, Əlağa Hüseynov deputat seçilənə qədər uzun müddət Azərbaycan Respublikasının Hərbi Komissarı olub. İstefaya göndəriləndən sonra qısa müddət Səlyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Dörd ildir ki, 59 saylı Səlyan seçki dairəsindən deputatdır. Milli Məclisin ən passiv və susqun deputatlarından çalışır. Editor.az məsələyə Səlyan rayon İcra Hakimiyyəti və deputat Əlağa Hüseynovun münasibətini öyrənmək istəsə də, çoxsaylı zənglərimizə cavab verən olmayıb. Geri qayıt |