Əsas Səhifə > Cəmiyyət, Manşet > Alı Qocayevin başı cəncəlli işlərdə

Alı Qocayevin başı cəncəlli işlərdə


1-11-2018, 11:08
Alı Qocayevin başı cəncəlli işlərdə
DİA.AZ: - Redaksiyamıza etbarlı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tutduğu vəzifədən alınması məsələsi yenidən gündəmə gəlib.

Mənbənin DİA.AZ-a söylədikləri: "Əslində Samuxun icra başçısının vəzifədən alınması artıq çoxdan gözlənilən addım idi. Belə ki, Alı Qocayev ona göstərilən etimadı nə Samuxda, nə də bundan əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edərkən doğrulda bilməmişdi. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl ölkə mətbuatında A.Qocayev tərəfindən 4 milyon manat məbləğində pulun mənimsənilməsinə dair məlumatlar yayımlanmaqda idi. Məlumatlarda bildirilirdi ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda təmir-bərpa işlərinin həyata keçirilməsi adı ilə A.Qocayev özəl banklardan birindən 4 milyon manat kredit götürüb. Lakin götürülən pullar sonradan məlum olmayan məqsədlər üçün xərclənib. O zaçan başlanan işlərin yarımçıq qalmasına rəğmən, 4 milyon manat da yoxa çıxmışdı. Məlumatlara görə, bununla bağlı Alı Qocayev hətta izahat verməli olub və o, sona qədər iddia edib ki, pulları Heydər Əliyev parkı üçün xərcləyib. Bununla belə, olayla bağlı sonradan yayılan məlumatlar Alı Qocyaevə qarşı irəli sürülən ittihamların əslində həqiqət olduğunu üzə çıxarmışdı. Mənbələr bildirmişdi ki, həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib. Bundan az sonra isə Samuxdakı mənbələr də xəbər vermişdilər ki, Alı Qacayev külli miqdarda borcunun olmasını yerli məmurlara da etiraf edib".

dia-az.life-a danışan mənbə bildirir i, son günlər icra başçıları ilə bağlı start düyməsi basılan dəyişiklik prosesində Alı Qocayevin də görəvdən alınacağı müzakirə predmetidir: "Artıq 7-ci ilinə qədəm qoyub ki, Qocayev Samuxu idarə edir. Amma rayon günü-gündən geri gedir. Barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi Alı Qocayevin gözlənilən yeni ələmə prosesindən kənarda qalacağı inandırıcı deyil".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

Geri qayıt