Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Dəmir Yol İdarəsinin Daşıma Proseslərinin İdarəetmə Birliyində şok maxinasiyalar

Dövlət Dəmir Yol İdarəsinin Daşıma Proseslərinin İdarəetmə Birliyində şok maxinasiyalar


27-01-2015, 11:41
Dövlət Dəmir Yol İdarəsinin Daşıma Proseslərinin İdarəetmə Birliyində şok maxinasiyalar
Son günlər Nəqiliyyat Nazirliyi və Dövlət Dəmir Yol İdarəsi ilə bağlı neqatiy yüklü məlumatlar gündəmi zəbt etməkdədir. Demək olar ki, hər gün sözügedən qurumlarla bağlı narazılıqlar, şikayətlər səslənməkdədir.

Unikal.org-a daxil olan məlumata görə, Dövlət Dəmir Yol İdarəsinin Daşıma Proseslərinin İdarəetmə Birliyi ilə bağlı ilgin faktlar var. Bu barədə bizi bilgiləndirən şəxs təkcə bu birlikdə hər ay milyonlarla manat həcmində maxinasiyalar olur.

Qeyd edək ki, bir müddət öncə sözügedən birliyin rəisi İsfəndiyər Kərimov məhz bu qanunsuz əməllərinə görə işdən azad olunmuşdu, amma onunla bağlı hələ məsələlərin yekunlaşmadığı da bildirilir. Yəni, yeyilən milyonların hesabının sorulması mütləq baş verəcək.

Saytımıza daxil olan xəbərdə o da bildirilir ki, İ.Kərimovun müavini olan Teymur Məmmədov keçmiş rəhbərindən sonra işdən çıxarılacaqdı. Belə ki, Nəqliyyat Naziri Ziya Məmmədovun İ.Kərimovdan sonra onu da «vuracağı» qaçılmaz idi. Lakin araya daha vacib işlər düşdüyündən onun işdən çıxarılması məsələsi ertələnmişdi. Məsələ ondadır ki, ortada mənimsənilən milyonlarla manat vəsaitdən söhbət gedir. Ölkəyə gətirilən və kənara çıxarın bütün malların xərcləri və əldə olunan gəlirlərin həcmi bəllidir. Ümumi hesabda «yuxarılara» kələk gəlmək İsfəndiyar Kərimov kimi, Teymur Məmmədovun da «başını yeyəcək». Ona görə də yaxın günlərdə bu sistemdə səs-küylü hadisələrin olacağı gözlənilir.

Onu dla nəzərə çatdıraq ki, bu prosesdə Keşlə stansiyasının rəisi Namiqin də adı hallanır. Belə ki, onun da daşınma sistemində baş verən maxinasiyalarda rolu var. Ümumiyyətlə, bu barədə mənbəmiz kifayət qədər ciddi məlumatlar verib, sadəcə olaraq, araşdırma apardıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Geri qayıt