Əsas Səhifə > Cəmiyyət, Manşet > Dələduzluq: «Abşeron LTD-2013»dən mənzil fırıldağı
Dələduzluq: «Abşeron LTD-2013»dən mənzil fırıldağı3-02-2015, 12:04 |
Abşeron rayonunda yeni tikilən binalarda eyni mənzilin bir neçə nəfərə satılmasına dair məlumatlar getlikcə artır. Bir müddət əvvəl yayılmış məlumatlarda vurğulanırdı ki, «Abşeron LTD-2013» MMC inşa etdiyi binadakı mənzilləri bir neçə nəfərə satmaqla, dələduzluqla məşğul olub. Lakin gələn şikayətlərdən belə başa düşülür ki, bu ilk və son hal deyil. JAM.AZ-a müraciət edən Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatda olan Hüseynov Malik Oruc oğlu bildirir ki, 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda “Fuad LTD” firması tərəfindən inşa edilən yaşayış binasından valideyinləri ücün 121 saylı mənzilin dəyərini tam və özü ücün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə alıb. «Binada işlər 2009- cu ilədək davam etmiş, lakin 2009-cu ildən etibarən “Fuad LTD” firması tikintini davam etdirə bilməmiş və sakinlərin şikayətinə əsasən Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq başlanılmış və mən zərərcəkmiş şəxs qismində tanınmışam». Malik Hüseynov yazır ki, istintaqdan sonra onlara məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firmaya həvalə edilib. «Zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi VARİS kimi onlarin üzərinə bir vəzifə olaraq qoyulub. Hal-hazırda isə 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013”- in rəhbərləri Azər Tağıyev və Araz adli səxslər 07 dekabr 2014 -cu il tarixdə qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hal-hazirda mənə məxsus olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən uzun müddətdir kirayələrdə qalmişam». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |