Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakının 5 rayonunun icra hakimiyyəti başçısı prezidentin hədəfində

Bakının 5 rayonunun icra hakimiyyəti başçısı prezidentin hədəfində


16-02-2015, 14:12
Bakının 5 rayonunun icra hakimiyyəti başçısı prezidentin hədəfində
DİA.AZ: - Bakının 5 rayonunda rəhbər dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a Nazirləri Kabinetindəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, birbaşa olaraq prezident İlham Əliyevin göstərişi ilə paytaxtın 5 rayonun rəhbərliyi dəyişdirilir.

Mənbənin dia-az.life-a söylədikləri: «Buna səbəb həmin rayonların icra hakimiyyəti başçılarından şikayətlərin çox olmasıdır».

Qeyd edək ki, keçən günlərdə Prezident Administrasiyası rəsmisi Süleyman İsmayılov ilginc statistik rəqəmlər açıqlamışdı ki, həmin hesabatda barəsində şikayət olunanlar arasında Bakı rayonlarının icra başçıları da var idi.

Məlumatlı mənbənin dia-az.life-a bildirdiklərindən belə aydın olur ki, birbaşa olaraq prezidentin göstərişi ilə Bakının 5 rayonunun icra hakimiyyətinin başçısı postuna tədarük görülür.

Onu da bildirək ki, artıq redaksiyamızda həmin rayonlarla bağlı məlumat var. Rəhbərliyi dəyişəcək rayonlar aşağıdakılardır:

1. Xətai;
2. Sabunçu;
3. Nizami;
4. Nəsimi və
5. Xəzər.

DİA.AZ bildirir ki, yaxın vaxtlarda hansı icra başçısının hansı səbəbdən «yuxarıların» qəzəbinə tuş gəlməsilə balı daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt