Əsas Səhifə > Cəmiyyət, Manşet > Etibar Pirverdiyevin "vurulmasının" səbəbləri ilə bağlı daha bir iddia...
Etibar Pirverdiyevin "vurulmasının" səbəbləri ilə bağlı daha bir iddia...19-02-2015, 14:48 |
Prezidentə ən çox şikayət olunan qurumlar siyahısında “Azərenerji” ASC də yer alıb. Qurumun əsas səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsinin bir səbəbi də bununla əlaqələndirilir. Tia.az xəbər verir ki, Etibar Pirverdiyevin rəhbəri olduğu ASC-nin adıın ən çox narazılıq edilən qurumlarla birgə çəkilməsi real addım atmağa səbəb olub. E.Pirverdiyevdən prezidentə şikayətlər onun karyerasını bitirib. Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib. Geri qayıt |