Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: Nazirlərdən biri Elman Rüstəmovun həbsini arzulayıbmış
ŞOK: Nazirlərdən biri Elman Rüstəmovun həbsini arzulayıbmış23-02-2015, 15:36 |
DİA.AZ: - «Maraqlı olaylar yaşanmaqdadır. Hətta nazirlərdən biri dolların bu şəkildə bahalaşmasına görə, baş bankirin - cavabdeh şəxslərin cəzalandırılmasını belə tələb edib». Bu şok açıqlamanı DİA.AZ-a verən mənbə iddia edir ki, Mərkəzi Bankın idarə heyətinin rəhbəri Elman Rüstəmovun bu qəfil addımından «yuxarılar» xəbərdar olsa da, heç də hər kəs məlumatlı olmayıb və hətta dolların kəskin bahalaşması informasiyasını alan nazirlərimizdən biri «Elman Rüstəmov həbs olunmalıdır» deyərək reaksiya da verib. Mənbə dia-az.life-a bildirir ki, əslində iri məmurların itkisinin böyük olduğu bir prosesdə sıravi xalq əsas itirən tərəf kimi qiymətləndirilməməlidir: «Pulları çox olanlar daha çox itiriblər. Düzdür, Bahalaşma olacaq, amma bu bahalaşma müvəqqəti xarakter daşıyır, qiymətlən ləngjər vurub, məcrasına qayıdacaq. Amma məmurların itirdikləri geri qayıtmayacaq». Konkret olaraq nazirlərimizdən birinin itkisinin 3-4 milyon dollar olduğunu söyləyən mənbəmiz məhz bu səbəbdən onun Elman Rüstəmova qarşı qəzəbli olduğunu da vurğuladı: «Xəbəri alanda yaxın adamlarından biri ilə Dənizkənarı Milli Park yaxınlığında yerləşən restoranların birində çay içirmiş. Məlumatı eşidib və artıq itkisi haqqında təsəvvürü yaranandan sonra «Elman Rüstəmov həbs olunmalıdır, belə ola bilməz» deyərək reaksiya verib». dia-az.life bildirir ki, redaksiyamıza məlumat verən mənbə həmin nazirin kimliyini açıqlamasa da, müəyyən təxminlərimiz var. Geri qayıt |