Əsas Səhifə > Cəmiyyət, Manşet > Qorxmaz Hüseynov Bayıl sakinlərini aldatdı - Sakinlər «Azərsu»ya yürüş edəcək
Qorxmaz Hüseynov Bayıl sakinlərini aldatdı - Sakinlər «Azərsu»ya yürüş edəcək12-03-2015, 11:57 |
DİA.AZ: - Artıq iki gündür ki, Bakının mərkəzi rayonu olan Səbaildə - Bayıl qəsəbəsində sakinlər zülmlə üz-üzə qalıblar. Bununla bağlı DİA.AZ-a şikayət edən Bayıl qəsəbəsinin sakinləri bildirirlər ki, «Azərsu» ASC və bu qurumun əməkdaşları, «Qaynar xətt»də çalışanlar rəsmən onlarla məzələnməkdədir. Xatırladaq ki, iki gün əvvəl “Azərsu” adından belə bir xəbərdarlıq yayıldı ki, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Bəli, xəbərdarlıqdan da göründüyü kimi, Qorxmaz Hüseynovun kantoru yalnız bir gün ərzində suyun olmayacağını bəyan etmişdi. Amma DİA.AZ-a danışan Bayıl sakinləri bildirir ki, artıq iki gündür onlar hətta içməyə belə su tapmırlar. Sakinlərin sözlərinə görə, «Azərsu»nun əməkdaşları isə onlara yalnız yalan danışmaqla vəziyyətdən çıxırlar: «Dünən gün ərzində yalan deyərək bildirdilər ki, bəs axşam saatlarında suyun verilməsi bərpa olunacaq. Amma hələ də susuzuq və buradan Qorxmaz Hüseynova bildiririk ki, artıq hər ailə 50 manatdan artıq içməli suya pul verib ki, heç olmasa dil-boğazları qurumasın. Biz buradan Qorxmaz Hüseynova bildiririk: Ola bilsin onun vəziyyəti yaxşıdır, Pulu çoxdur. Amma bizim üçün 50 manat böyük puldur». Sakinlər su təminatının bərpa olunmayacağı təqdirdə «Azərsu»nun qarşısına yürüş edəcəklərini də bildirirlər. Geri qayıt |