Əsas Səhifə > Cəmiyyət, Manşet > Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...

Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...


13-03-2015, 12:32
Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...
1991-ci ildən bəri, yəni ölkəmiz müstəqillik əldə edəndən sonra qardaş Türkiyə ilə münasibətlərimiz həmişə normal olub. Mərhum prezidentimiz, Heydər Əliyev cənabları əbəs yerə demirdi ki: “ Biz bir millət iki dövlətik”.

İnsaf naminə qeyd etmək lazımdır ki, Türkiyə tərəfi də bu illər ərzində həmişə Azərbaycanın maraqlarını qorumağa çalışıb.

Azərbaycanın enerjidaşıyıcıları ilə bağlı hər məqamda Türkiyənin maraqlarını qoruyan siyasəti isə qardaş ölkənin siyasi çəkisini xeyli artırıb.

Ancaq bəzi subulandıranlar, araqarışdıranlar bu münasibətləri korlamağa çalışırlar. Əslində bu təsadüfi məsələ deyil, sistemli bir işdir. Və təsadüfi olsaydı biz bu yazını yazmağa ehtiyac görməzdik. Bu gün bəzi güc mərkəzləri Azərbaycan-Türkiyə münasibətlərini korlamaq üçün əldən-ayaqdan gedirlər. Bəzi işbazlar bu məsələdə bilərəkdən, yoxsa bilməyərəkdən alətə çevrilirlər. Belələrindən biri də Türk-Amerika İşadamları Dərnəyinin sədri Ekim bəy Alptekindir.

Biz biznesin sərhəd tanımadığını, biznes maraqlarının bəzən çox şeyi üstələdiyini gözəl anlayırıq. Amma Ekim Alptekin sıradan bir iş adamı olsaydı bəlkə də məsələni qabartmazdıq.

Burda digər vacib səbəblər də var ki, ona da toxunacağıq.

İlk öncə onu bildirək ki, 2013-cü ilin avqust ayında Türkiyədə iş quran 11 Amerika firması biznes qurmaq üçün Bakıya gəliblər. Və bu səfərin təşkilatçısı Ekim bəyin rəhbərlik etdiyi Türk-Amerika İşadamları qurumudur. Tədbirdə Azərbaycanın dövlət adamları da iştirak ediblər. Məlumdur ki, Azərbaycan tərəfi bu tədbirə azacıq soyuq münasibət göstərsəydi, əlbəttə bu görüş baş tutmazdı. Görünür Azərbaycan tərəfi də qurumun başında duran şəxsin türk olduğunu nəzərə alıb. Bəs, görəsən bu hörmətin qarşılığında Ekim bəy Alptekin nə üçün Azərbaycanın maraqlarını nəzərə almır?

O, Ermənistana işgüzar səfərini sosial şəbəkələrdə az qala müqəddəs torpaqlara səfər kimi çox sevinclə paylaşır.

Hətta üzərində Zvartnos ( İrəvanda hava limanı ) yazılmış təyyarə biletini də nümayiş etdirməkdən xüsusi ləzzət alır.

Lap fərz edək ki, Ekim Alptekin Azərbaycanın ona göstərdiyi xoş məramı unudur, hətta öz türklüyünə də arxa çevirir, bəs….evindəki xanım..? Birincisi, ermənilər təkcə bizə qarşı iddialarda deyillər, həm də Türkiyəyə qarşı ərazi və qondarma genosid iddiasındadırlar.

İkincisi, axı Ekim bəyin ocağında iki azərbaycanlı övladı böyüyür. Bəli, Ekim Alptekin keçən ilin noyabr ayında Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova ilə ailə həyatı qurub.

Türk-Amerika İşadamları Dərnəyinin sədri Ekim Alptekinlə ailə quran model toy fotolarını sosial şəbəkədə paylaşıb.

Toy Qalatasaray adası “Suada” klubda düzənlənib. Nigar Talıbovanın özəl günündən video və fotolar dostları tərəfindən də paylaşılıb. Bugün cütlüyün iki gözəl balası var. Allah saxlasın. Amma bu uşaqların anasına, onun vətəninə, millətinə hörmətlə yanaşmaq görəsən Ekim bəyin niyə yadından çıxıb?

Axı, ermənilər hər an təkcə bizlərin deyil, həm də türklərin kürəyinə xəyanət xəncərini saplamağa hazırdırlar.

Görəsən, Nigar xanım Talıbova bu barədə nə düşünür?

O, uşaqlarının atasından soruşmur ki, Ermənistan səfərini nə əcəb belə canfəşanlıqla təbliğ edirsən..? Səni Ermənistana bağlayan nədir?

Xatıraltma üçün bildirək ki, Ekim Alptekin, 1977-ci il Ankarada doğulub. Universitetdə hüquq və iqtisadiyyat təhsili alan Ekim Alptekin bu gün, EA Group İdarə heyəti Başçısıdır, yuxarıda qeyd etdiyimiz kimi Türk-Amerika İşadamları Dərnəyinin sədridir. Ən əsası Ekim Alptekin ABŞ-da reaktiv mühərrik istehsal edən şirkətin qurucularından biridir. Yüngül təyyarələrin satışı ilə məşğuldur. Yəqin ki, Ekim bəyin müştəriləri arasında azərbaycanlılar da var.

Bəs, bütün bunlar ortada ola-ola düşmən Ermənistana sevginin kökündə nə dayanır? Bu həm də öz vətəninə, millətinə, hətta öz ailəsinə qarşı nankorluq deyilmi?
qafqaznews.az

Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...
Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...
Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...
Türk-Amerika İşadamları Dərnəyinin sədrindən Azərbaycana qarşı zərbə...

Geri qayıt