Əsas Səhifə > Cəmiyyət, Manşet > Heydər Əsədovun bayram yarmakalarında ənənəvi bazar fırıldaqları...

Heydər Əsədovun bayram yarmakalarında ənənəvi bazar fırıldaqları...


14-03-2015, 16:28
Heydər Əsədovun bayram yarmakalarında ənənəvi bazar fırıldaqları...
Son zamanlar Kənd Təsərrüfatı Nazirliyi Bakının bir çox yerlərində Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil edir. Yarmarkalarda qiyməçtlərin aşağı olduğu və ya ümumiyyətlə qiymət artımlarının baş vermədiyi iddia olunur. Lakin GUNDEMİNFO.AZ-ın apardığı müşahidələr bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun dediyi kimi heç də ucuz deyil. Faktiki olaraq yarmkaralarda satılan 1 kq Quba almasının qiyməti 0.90 azn-lə 1.20 azn arasında dəyişir. Paytaxtın əksər yerlərində də bu məhsulun qiyməti yarmkadan baha deyil. Həmçinin də yarmarkada satışa çıxarılan 1 kq kartofun qiyməti 0.90 qəpiklə, 1.30 azn arasında dəyişir. Eyni qiymət hətta marketlərin meyvə-tərəvəz bölümlərində də müşahidə olunur,. Bəzi məhsulların qiymətində isə 0.10 qəpiklik fərq var. Məsələn göyərtinin 1 dəstəsinin qiyməti 0.10 qəpikdir. Digər bazarlarda isə qiymət 0.20 qpəikdir. Nəzərə alsaq ki, göyrəti gündəlik işlənən məhsuldur və mütəmadi keçirilməyən yarmarkada onun ucuz olması heç nəyi dəyişmir.

Lakin mətbuat, xəbər agentlikləri, televiziyalar vasitəsilə dövlət səviyyəsində aparılan təbliğatla təşkil olunan yarmarkalarda qiymətlərin aşağı olması reklam edilir.

GUNDEMİNFO.AZ-a şikayət edən vətəndaşlar iddia edir ki, yarmkaralarda bəzi məhsulların qiyməti aşağı olsa da, satıcıların saxtakarlığı qiymətlər fərqini bahalaşmaya doğru dəyişir. Şikayətçilər yarmkaralarda «nəzarət tərəzi»lərinin olmamasıdır. Şikayətçi vətəndaşlardan biri maraqlı bir məqamdan da söhbət açır. Deyir ki, bəzən satıcıların tərəziləri ilə yarmarkalarda qoyulan «nəzarət tərəzi»ləri eyni işləyir. Lakin bu eynilik heç də düzgünlüyün yox, əksinə elə «nəzarət tərəzi»lərinin özünün saxta işləməsi ilə bağlıdır. Hər halda yarmarkalarda tərəzilərin düzgün işləməməsi və burada istehlakçıların aldadılmasına dair iddialar kifayət qədər ciddidir. Və güman edirik ki, Kənd Təsərrüfatı Nazirliyi bu mövzu ilə bağlı cəmiyyətə müvafiq olaraq rəsmi açıqlama verəcək.

Geri qayıt