Əsas Səhifə > Cəmiyyət, Manşet > Aydın Əliyevin ilginc paltaryuyan maxinasiyası...
Aydın Əliyevin ilginc paltaryuyan maxinasiyası...29-04-2015, 12:05 |
DİA.AZ: - 2014-cü ildə Azərbaycana ölkədə istehsalı olmayan 77 425 ədəd məişət və camaşırxana paltaryuyan maşını gətirilib. Onların biri gömrükdə orta hesabla $122,8-a rəsmiləşdirilib. Halbuki ötən il pərakəndə satışda onların minimal qiyməti 500 manat ($600) olub. Gömrük Komitəsinin məlumatına görə, ötən il paltaryuyan maşın idxalı 20,5% artıb. İdxal həcmi pul ifadəsində $9 mln 508,3 min (+25,4%) olub. Əhalisi iki dəfə az olan Gürcüstanda paltaryuyan maşınların idxalı həcmi $44 mln təşkil edib. Bu, bizdəkindən 4,6 dəfə çoxdur. Son iki ildə Gürcüstana bu malın idxalı 36% artıb. Rəsmi yoxsulluq səviyyəsi Azərbaycandan (5%) 6 dəfə çox olan Ermənistana 2014-cü ildə paltaryuyan maşın idxalı $11 mln 25,1 min olub. Təbii ki, bütün bunların hesabı Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevdən sorulasıdır... Geri qayıt |