Əsas Səhifə > Cəmiyyət, Manşet > “Azərsu”nun laqeydliyindən bezən sakinlər...
“Azərsu”nun laqeydliyindən bezən sakinlər...8-05-2015, 12:42 |
Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) bir neçə gün öncə Nəsimi rayonu Topçubaşov küçəsindəki su problemi ilə bağlı yazı dərc etmişdi. Məqalə Bakı şəhərinin meri Hacıbala Abutalıbovun da yaşadığı küçənin sakinlərinin su problemindən bəhs edirdi. Məqalədə haqlı olaraq sual verilirdi ki, əgər merin yaşadığı küçədə su yoxdursa, onda başqa küçələrin vəziyyətini təsəvvür edin… Maraqlıdır ki, eyni problemlə Nərimanov rayonunun sakinləri də üzləşib. Beləki ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun yaşadığı Aşıq Alı küçəsinin sakinləri də su qıtlığından əziyyət çəkir. Əslində “ekologiya naziri”nin yaşadığı küçədə nəinki su qıtlığı olmamalı, əksinə “durnagözlü” bulaqlar qaynamalı, dupduru su evlərdən əskik olmamalıdır. Əslində problemi yaradan “Azərsu”nun yarıtmaz işçiləridir. Beləki əhalini guya fasiləsiz su ilə təmin etmək məqsədilə çəkilən su xətləri “üzdə” yerləşdiyi üçün yük maşınları keçən kimi sıradan çıxır və…məhləni su basır. Aşıq Alı küçəsinin məhləarası yollarında elə bil ki, çay axır. İki həftədir “Azərsu”nun “qaynar xətt”i ilə əlaqə saxlayan sakinlərin şikayətinə baxan yoxdur. Sel isə Aşıq Alı küçəsiylə axıb gedir. “Azərsu”nun laqeydliyindən bezən sakinlər isə aksiya keçirməyə hazırlaşırlar. Ancaq bir məsələ çox maraqlıdır. Deyəsən bəzi məmurlar Avropa oyunları ərəfəsində camaatı narazı salmaqda maraqlıdırlar. Niyə..? Qoy, bu suala “Azərsu”nun rəhbərliyi cavab versin… Geri qayıt |