Əsas Səhifə > Cəmiyyət, Manşet > Tibb Universitetinin Tədris-Terapevtik Klinikasından özbaşınalıq
Tibb Universitetinin Tədris-Terapevtik Klinikasından özbaşınalıq15-05-2015, 12:47 |
“Bir neçə aydır ürəyimdə olan ağrılardan şikayət edirdim. Ağrılar mənə normal yaşamağa imkan vermirdi. Nəhayətdə məcbur qalıb, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına üz tutdum. Fikirləşirdim ki, həkimlər, tibb heyəti mənə ürək-dirək verəcək. Amma nəinki onlardan təsəlli aldım, az qalmışdı, xəstə ürəyim dayansın. Burada xəstələrə və onların qohumlarına qarşı iyrənc, qeyri-insani münasibət hökm sürür. Başa düşdüm ki, burda qala bilməyəcəm və dərhal bu klinikanı tərk etdim”. Bu sözlər Editor.az-ın elektron ünvanına Ramiz Babayev adlı oxucu tərəfindən daxil olan şikayət məktubunda əksini tapıb. Şikayətçi bildirir ki, əvvəlcə klinikanın həkimi ilə görüşüb: “Həkim özü elə də pis adam deyildi. Ona görə, onun adını hallandlrmaq istəmirəm. O, mənə dedi ki, ürəyinə stend qoyulmalıdır. Buna görə, səndən 3000 manat pul alacağıq. Özü də bu stend rəngli stend olacaq. Fərqini soruşanda dedi ki, rəngli stend yerləşdirilən zaman heç bir ağrı vermir. Maddi vəziyyətim yaxşı deyil. Qohum-əqraba, sağ olsunlar, kömək etdilər. Birtəhər əməliyyatın pulunu düzəltdik. Fikirləşdim ki, daha pul istəməyəcəklər. Amma hər şey tərsinə oldu. Hər otaqda məndən pul istəyirdilər, ürək, qan təzyiqi, şəkər, qan analizi, bütün otaqlarda pul istəyirdilər. Özü də nə az-nə çox, hərəsi 20-30 manat. Getdim baş həkimin yanında. O, əvvəlcə məni razı saldı. Dedi ki, heç yerə şikayət etmə, yoluna qoyarıq. Bir saat keçməmişdi ki, şöbə müdiri məni otağına çağırdı. Mənə hədə-qorxu gəldi. Açıq şəkildə dedi ki, nə qədər çox şikayət etsən, səndən o qədər çox pul alacağıq”. Editor.az məsələyə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının mövqeyini öyrənmək istəsə də, klinikanın web-saytında yerləşdirilən (012) 441 30 66 saylı telefona cavab verən olmayıb. Geri qayıt |