Əsas Səhifə > Cəmiyyət, Manşet > Oğuz RİH başçısının müavini öz bacısı oğlunun “hədəfində”
Oğuz RİH başçısının müavini öz bacısı oğlunun “hədəfində”11-06-2015, 11:27 |
Bu gün ölkəmizdə əhalinin maddi rifahının yüksəldilməsi, sosial müdafiənin daha təminatlı şəkildə təşkili istiqamətində həyata keçirilən islahatlar reallaşdıqca, bu sahədə hələ də mövcud olan problemlər ketdikcə daha çox çox çılpaqlığı ilə diqqəti cəlb edir. Digər tərəfdən isə, bu prosesin özü də mütərəqqi reformaların həyata keçməsinə xidmət edir. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca həyata keçirilən islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil.Bu baxımdan ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Əhalinin Sosial Müdafiə Mərkəzlərinin fəaliyyətlərinin araşdırılması və obyektiv qiymətləndirilməsi məsələsi də aktual mövzulardan biri kimi hər zaman mətbuatın diqqət mərkəzində qalmaqdadır. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Oğuz ƏSMM-nin yarıtmaz fəaliyyətindən, burada yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzə rəhbərlik edən Samir Yaqubovun özbaşınalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerli əhalinin kəskin etrazlarına səbəb olur. Bu xüsusda rayon sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında da yerli ƏSMM-nin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən məlumatlar təqdim olunmaqdadır. İlk növbədə aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulunun, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsinin bu gün də Oğuz ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Mənbələr bildirirlər ki, mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölünməsi adi hala çevrilmişdir. Yardımdan yararlananlar isə əslində buna ehtiyacı olmayanlar olur: “Bizim Oğuz rayonunda bu gün ünvanlı yardım alan şəxslərin çoxu imkanlı insanlardır. Əslində onların sosial yardıma heç bir ehtiyacları yoxdur. ƏSMM-nin direktoru həmin şəxslərdən müəyyən məbləğdə rüşvət alaraq, onlara qeyri-qanuni sənəd düzəldib. Yardımın 6 ayını onlara verib, 6 ayını isə özünə götürür. Ünvanlı yardıma həqiqətən də ehtiyacı olanlar isə, idarədən əliboş yola salınırlar. Direktor və işçiləri bu insanları heç bir səbəb olmadan incidirlər, onların qarşısına sənəd maneəsi qoyurlar. Elə sənədlər tələb edirlər ki, bu, qanunda yazılmayıb...” Digər tərəfdən isə Samir Yaqubov Milli Məclisinin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə xanım Naxçıvanlının bacısı oğlu olmaqla, zaman-zaman onun adından da sui-istifadə hallarına yol verir. Eyni zamanda da ƏSMM direktorunun dayısı, Yusif Naxçıvanski də Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Belə məlum olur ki, Samir Yaqubovun yol verdiyi əməllərə son qoymaq, hətta onun nüfuzlu qohumları üçün də mümkünsüz bir işdir... Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |