Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Azərbaycana qarşı çevrilən "alman maşını" kimi təkərləri altında qoyacaq...
Azərbaycana qarşı çevrilən "alman maşını" kimi təkərləri altında qoyacaq...19-06-2015, 14:56 |
Azərbaycana qarşı Qərbdə aparılan kampaniyada alman siyasətçiləri və rəsmiləri, KİV-ləri həmişə xüsusi fəallıq ediblər. Avropa Şurasının xüsusi məruzəçisi olduğu vaxtlarda alman deputat Kristofer Ştrasserin başçılığı ilə Azərbaycana qarşı hansı kampaniyanın aparıldığını Bakıda yaxşı xatırlayırlar. Və təsadüfi deyil ki, Bakı Avropa Oyunları ərəfəsində beynəlxalq mediada və dairələrdə Azərbaycana qarşı genişlənən əks-təbliğat kampaniyasında almanlar yenə də fəallıq edir. Jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc edilmiş bugünkü geniş məqaləsində Almaniyanın Azərbaycana qarşı bu siyasətinin kökləri araşdırılıb, prezident İlham Əliyevlə kansler Angela Merkel arasında bu ilin fevralında əldə edilmiş anlaşmadan və frau Merkelin həmin anlaşmanı xaincəsinə necə pozaraq ilk fürsətdə Azərbaycana arxadan zərbə endirməsindən bəhs edilib. E.Fətullayev yazır ki, Almaniyanın Azərbaycana qarşı bu siyasətinin köklərini əslində Vaşinqtonda axtarmaq lazımdır. Üçüncü reyxin süqutundan sonra onun ərazisinin bir hissəsində qurulan Almaniya Federativ Respublikası həmişə ABŞ-ın Avropadakı forpostu, kəşfiyyat yuvası hesab edilib. Birləşmiş Almaniya üçün də bu vəziyyət xarakterikdir. Nüfuzlu alman hüquq müdafiəçisi və vəkil Eberhard Şults-Stiftunqdan sitat gətirən müəllif yazıb ki, Almaniyanın bütün siyasi sistemi Amerika agentləri ilə ağzına qədər doludur. Hüquq müdafiəçisi bu mövzuda araşdırma aparıb və belə qənaətə gəlib ki, Berlin indiki Almaniya dövlətinin mövcudluğunu saxlamaq üçün Vaşinqtona ağır öhdəliklərlə bağlıdır. Uzun müddət Bakıya qarşı hücumlardan sonra nəhayət, bu ilin yanvarında Almaniya Azərbaycan hakimiyyətinə barışıq əlini uzatdı. Kansler Merkelin şəxsi təşəbbüsü və dəvəti əsasına prezident İlham Əliyev Berlinə işgüzar səfər etdi. Və İlham Əliyev onun hakimiyyətinə qarşı uzun müddətdir yol verilmiş ədalətsizliklərə, hücumlara, qərəzli tənqidlərə, ümumiyyətlə, Berlin tərəfindən təşkil olunmuş gözdənsalma kampaniyasına baxmayaraq bu barışıq əlini sıxdı. Həmin görüşdə Azərbaycanın Avropanın energi təhlükəsizliyinin təmin olunmasında kritik rolu vurğulandı. Prezident Əliyev Berlindən qayıdan kimi Bakıda Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin məşvərət toplantısını keçirərək Azərbaycan qazının Avropaya nəqli, qitənin enerji təhlükəsizliyinin təmin olunması baxımından qətiyyətini, siyasi iradəsini bir daha ortaya qoydu. Məlumatlı mənbələr deyirlər ki, kansler Merkel Əliyevlə görüşdə ondan Almaniyanın Adenauer Fondunun filialının Azərbycanda qeydiyyata alınması məsələsini müsbət həll etməyi xahiş edib. Azərbaycan prezidenti Berlində vəd edib ki, bu məsələ müsbət həll olunacaq. Gözləmək olardı ki, nəhayət, Almaniya Avropa İttifaqının kritik tərəfdaşı kimi Azərbaycanla münasibətlərini normal məcraya qaytaracaq, gözdənsalma kampaniyası yenidən başlamayacaq. Lakin Bakı Avropa Oyunlarına az qalmış Merkelin dəftərxanasından alman KİV-lərinə yeni direktiv göndərildi: Bakıya qarşı hücumlara yenidən başlamaq. Müəllif ehtimal edir ki, bu direktivin arxasında Amerikanın dayandığını təxmin etmək çətin deyil. Alman KİV-lərinin və siyasətçilərinin yeni hücumu isə Azərbaycan hakimiyyəti üçün tamamilə gözlənilməz olub. Merkelin dəftərxanası “Eurovision” yarışması ərəfəsində olduğu kimi hərəkət etmişdi. Və bununla da Merkel Bakı ilə bütün körpüləri yandırmış oldu. Axı münasibətləri normallaşdırmaq barədə əldə edilən razılaşmadan sonra arxadan vurulan bu zərbəni kim bağışlayar? Üstəlik Merkel nümayişkaranə şəkildə bildirdi ki, oyunların açılışı üçün Bakıya getməyəcək. Çünki ölkədə siyasi məhbuslar var. Belə vəziyyətdə Bakı necə hərəkət etməli idi? Merkelin xahişini müsbət həll edəcəkdi? Və budur, Merkelin partiyasına bağlı olan Adenauer Fondunun qeydiyyatı məsələsi həll olunub, ancaq böyük minus işarəsi ilə. Bu günlərdə Ədliyyə Nazirliyi fondun Bakıda qeydiyyatından imtina edib. Görünür, Amerikanın direktivlərini qeyd-şərtsiz yerinə yetirən Merkelin günahı üzündən. Üstəlik Almaniya-Azərbaycan əməkdaşlığının gələcəyi də sual altına düşüb... Geri qayıt |