Əsas Səhifə > Cəmiyyət, Manşet > Abbas Abbasovun qardaşları ilə bağlı müəmmalı durum...

Abbas Abbasovun qardaşları ilə bağlı müəmmalı durum...


6-07-2015, 11:59
Abbas Abbasovun qardaşları ilə bağlı müəmmalı durum...
Neçə gün əvvəl Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun da həbs olunması barədə xəbərlər almışdıq. Bu barədə Balansinfo.az-a Gəncədəki məlumatlı mənbə söyləmişdi. Həmid Abbasovun saxlanılmasının əsil səbəbi dəqiqləşdirilirdi. Ailəyə yaxın mənbəə bildirmişdi ki, onu əvvəlcə Gəncə Polis İdarəsinə çağırıblar, xeyli sorğu-sual ediblər. Ardınca iki gün sonra yenidən çağıraraq saxlayıblar.
Qeyd edək ki, Həmid Abbasov Gəncə Telefon Qovşağında rəis müavini vəzifəsində çalışırmış. Lakin bu gün məlum oldu ki, Həmid Abbasov həbs edilməyib, lakin onun fəaliyyəti yoxlanılır...
***
Qeyd edək ki, ötən həftə Gəncədən Abbasovlara yaxın mənbənin "Təzadlar"a verdiyi məlumatdan bəlli olurdu ki, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş "Yeyinti Ticarəti İdarəsi"nə məxsus olmuş ərzaq bazalarında ərzaq və yeyinti məhsulları üçün nəzərdə tutulan soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Bir neçə gün əvvəl isə onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Mənbə onun hələ də bu idarədə saxlanıldığını bildirir… Mənbə onu da bildirmişdir ki, Abbas Abbasovun qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncə İH-nin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri bu qərara etiraz əlaməti kimi İH başçısı Elmar Vəliyevlə görüşmək istəyiblər, lakin bu qəbul baş tiutmadığından etirazlarını yazılı şəkildə bildiriblər. Həmin müraciəti tezliklə redaksiyamıza göndərəcəkləri bildirilir.
"Təzadlar" qeyd olunan məsələlərlə bağlı araşdırma apardığını və məsələyə atraflı aydınlıq gətirməyə çalışdığını qeyd etmişdi.
Məlumat tərəfimizdən dəqiqləşdirilir və əlavə bilgi veriləcək.

Geri qayıt