Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakıda vəkil fırıldağının qurbanı olan qadından şok açıqlamalar

Bakıda vəkil fırıldağının qurbanı olan qadından şok açıqlamalar


10-07-2015, 12:13
Bakıda vəkil fırıldağının qurbanı olan qadından şok açıqlamalar
DİA.AZ: - Yasamal rayonunda “Fateh” hüquq şirkətinin əməkdaşı Nəsimi Şirinovun dələduzluq etməsi barədə yeni faktlar ortaya çıxıb. Bu barədə DİA.AZ-a daxilolan xəbərdə deyilir. Məlumatı vəkilin dələduzluğunun qurbanı olan zərərçəkmiş Röyalə İbrahimova verib. Xanım şikayətçi Nəsimi Şirinov barədə yeni faktlar açıqlayıb. Bildirib ki, 2014-cü ildə bizneslə əlaqədar məhkəmə mubahisəsi yaşanıb:

“Bu zaman tanışlıq vasitəsi ilə Yasamal rayonunda “Fateh” hüquq şirkətinin əməkdaşı Nəsimi Şirinovla taniş oldum. Nəsimi Şirinov bütün məhkəmə prosesləri ilə tanış oduqdan sonra mənim və anam İbrahimova Sevda Novruz qizindan etibarnamə alaraq bütün məhkəmə proseslərində çıxışları öz üzərinə götürməklə Məhkəmənin ilk çıxışında mənim iştirakıma etiraz etdi. Səbəbini soruşanda isə bildirdi ki, guya hələlik məhkəmənin hazırlıq iclası olduğundan bizim orda iştirakımıza ehtiyac yoxdur”.

Şikayətçi dia-az.life-a bildirir ki, bir neçə gün sonra vəkil ondan 1500 manat tələb edib. Bildirib ki, guya həmin məbləğ işi araşdıran hakimə təcili verilməlidir. Əks təqdirdə Röyalə İbrahimova həbs ediləcək. Röyalə İbrahimova deyir ki, vəkil onu həbslə hədələyərək həmin məbləği tələb edib:

“Mən ona bildirdim ki, bu işdə günahsızam və heç bir həbs ola bilməz. Vəkil isə dedi ki, pulu verməsən sənin həbsin haqqında qərardad çıxarmağa çalışacaq. O hüquqi terminlərlə mənə öz hədə-qorxularını gəlirdi. Nəhayət 1500 manatı borc-xərc taparaq mən Nəsimi Şirinova verdim”.

Şikayətçi deyir ki, Nəsimi Şirinov pulu almaq üçün qadını şantaj etməkdən belə çəkinməyib. O qadına bildirib ki, guya onda Röyalə İbrahimova barədə videoçəkiliş var və onu hakimə təqdim edə bilər. Pulu alandan sonra isə vəkil müdafiə etdiyi tərəfi arxayınlaşdırıb. Amma, iş bununla bitməyib. Vəkil qadından yenidən pul tələb edib:

“Artıq 3-cü prosesdə məhkəmə iclasina 1 saat qalmiş mağazama gələrək məndən 500 manat da tələb etdi. Mən Nəsimi Şirinova mənim hansısa bir cinayyət törətmədiyimi bildirməkdən, anlatmaqdan daha bezmişdim. Əlimdə heç pulun olmadiğini Nəsimiyə bildirsəm də, yenidən məhkəmə prosesinin gedişatını əlində bəhanə tutaraq min cür yalanlar söylədi. Qonşu obyektdən 500 manat borc alaraq Nəsimi Şirinovu yola saldım”.

Amma, yenə də problem həll edilməyib. Vəkil hər dəfə şikayətçidən bir bəhanə ilə pul tələb etməyə başlayıb. İş isə hələ də həll edilməmiş qalıb: “ Bu günədək Nəsimi Şirinov məndən 2500 manat pulumu məni aldadaraq mənimsəmiş və hətta özünə kostyum, ayaqabı və sair əşyaları məni aldadaraq aldirıb. Belə vəkillərin Azərbaycanda fəaliyyət göstərməsi bu xalq üçün cox təhlükəlidir. Nəsimi Şirinov hal hazırdada kimlərisə aldatmaqla məşğuldur”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt