Əsas Səhifə > Cəmiyyət, Manşet > Cəbrayılın icra başçısı ilə bağlı ilginc iddialar

Cəbrayılın icra başçısı ilə bağlı ilginc iddialar


13-07-2015, 12:15
Cəbrayılın icra başçısı ilə bağlı ilginc iddialar
Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin çətin duruma düşdüyü barədə məlumatlar səngimək bilmir.Başçının qeyri-rəsmi sahiblik etdiyi kommersiya, səhiyyə və digər istehsal obyektlərini satışa çıxarmasının səbəbləri də bununla izah edilə bilər.Məlumata görə, Mahmud Quliyev "Elmed" səhiyyə mərkəzindəki payından da yüksək vəzifəli məmurlardan birinin xeyrinə imtina etməyə hazırlaşır.

İcra başçısının nəzarətində olduğu bildirilən və paytaxtın Əhmədli yaşayış massivində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan şirkətin də müflisləşdiyi üzə çıxıb. İcra başçısı yüksəkmərtəbəli yaşayış binasının tikintisindən də imtina etməli olub. Buna baxmayaraq, Mahmud Quliyevin yaxın adamlarının işlətdiyi topdansatış mağazalarının öz fəaliyyətini davam etdirdiyi də qeyd olunur. Cəbrayıl rayonunun icra başçısını öz kommersiya və biznes fəaliyyətində müəyyən korrektələr aparmağa vadar edən görəsən nədir? Bu sualın cavabını ehtimal etmək bir o qədər də çətin deyil. Çünki, əlimizdə olan bilgilərə görə, Mahmud Quliyevin nəzarətində olan biznes strukturları artıq siyahıya alınıb. Bu tədbirin mümkün nəticələri məsələ barədə yekun qərarın yaxın zamanlarda veriləcəyindən sonra üzə çıxacaq. Məsələnin ciddiliyi icra başçısının atdığı son addımlardan da nəzərə çarpır. Başqa sözlə desək, Mahmud Quliyevin təcili qaydada öz obyektlərindən könüllü surətdə imtina etməsi onu gözləyən cəza tədbirlərindən bir növ yayınmaq məqsədi güdür. İcra başçısının vəzifəsindən kənarlaşdırılacağı artıq qaçılmazdır. Bundan əlavə, onun son bir neçə ildəki fəaliyyəti də araşdırıla bilər. Mahmud Quliyevin qaçqın rayona rəhbərliyi fonunda sərgilədiyi biznesmenlik rayon əhalisinin gözləri qarşısında reallaşıb. Qısa zaman içərisində Azərbaycanın ən varlı icra başçılarından birinə çevrilən Mahmud Quliyevin Mərkəzi Bankın sədri Elman Rüstəmovun xeyir-duası ilə kommersiya banklarından birinin səhmlərinə də ortaqlıq etdiyi barədə xəbərlər yayılıb.Əlbəttə, bu xəbərlərin araşdırılmasına ehtiyac duyulur. Ümumiyyətlə isə, Mahmud Quliyevin son 15 ildə Cəbrayıl rayonuna ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsində birbaşa iştirakını təsdiq edə biləcək sənədlərin auditor yoxlamaları ilə "təmizə çıxarılması" cəhdlərinə baxmayaraq bir çox sahələrdə xüsusən də təhsil, səhiyyə və mədəniyyət sferalarında büdcə yeyintilərini gizlətmək heç cür mümkün olmadığı qənaətinə gəlmək olar. Çünki bu yeyintiləri həyata keçirən şirkətlərin vergi hesabatlarında bir çox məlumatlar dövlətdən gizlədilib. Bunları araşdırmaq üçün həmin hesabatlar vermiş "saxta" şirkətlərin faktiki fəaliyyətini təhlil edərək müqayisə etmək kifayətdir. Təəssüf ki, dövlət maliyyə nəzarəti qurumlarının nümayəndələri rayonda apardıqları yoxlamalarda kifayət qədər prinsipiallıq nümayiş etdirməyiblər. Son 5 il ərzində rayonda aparılmış tender müsabiqəsində qalib gələn şirkətlərin hazırkı durumu təhlil edildikcə, ortaya çox ciddi suallar çıxır. 2010-cu ildən başlayaraq tender müsabiqələrindən qalib çıxarılmış "Vahid", "Rüstəm-Ş", "İmran" və digər şirkətlərinn maliyyə vəziyyətinin araşdırılması çox ciddi mətləblərin üzərinə işıq sata bilər. Mahmud Quliyevi də qorxudan odur ki, vəzifəsindən kənarlaşdırılacağı təqdirdə son 15 illik fəaliyyətinin araşdırılmasına start verilə bilər.Zənnimizcə, icra başçısının belə bir təhlükə ilə üzləşəcəyi qaçılmaz olacaq. Özünüz fikirləşin, bu qədər problemin məngənəsində sıxıntı keçirən başçının qəzetimizdə dərc edilmiş yazılara aqressiv reaksiyasının məğzində hansı amil yatır? Mahmud Quliyev ciddi-cəhdlə "Gündəlik Bakı"nı susdurmağa, bununla da əməllərini faş etmək barədə düşünənlərə bir növ dərs verməyə qərarlı görünür. Bu məqsədlərini reallığa qovuşdurmağa hazır başçı-balıqçı qardaşın "tilovuna düşmüş" "qızıl" vəkilin də gününə ağlamaq zorundayıq. Əslində bütün bunları tərsinə yozmaq lazımdır. Çünki, nəyinsə xatirinə hər şeyə hazır görünən zorən vəkilin adının bu məhkəmə çəkişməsində bircə hallanması onu sanki qırx arşın quyuya salıb. Yasamal rayon məhkəməsində qəzetimizin nümayəndəsinə aqressiv münasibət sərgiləməsi, hətta az qala ona qarşı "kəllə atmağa" da hazır görünməsi təsadüfi deyildi. Çünki, qarşımızda yüksək universitet təhsili görmüş təcrübəli hüquqşünas, peşəkar vəkil əvəzinə hansısa vasitəçilərin köməyi ilə Vəkillər Kollegiyasına qəbul edilmiş şantajçı, hüquq elminin incəliklərindən tamamilə bixəbər bir "san-marino" məzunu dayanmışdı. Bu uşağın hirsli başda ağıl olmaz sindromundan əziyyət çəkməsi də bəlliyidi. Yaxşı ki, əməkdaşımız qarşı tərəfin qara niyyətlərini vaxtında duya bildi, şantajlara çox sakit reaksiya verməklə öz peşəkarlığını və hüquqşünas təcrübəsini ortaya qoydu. Adəm Məmmədov isə belə ləyaqətli mövqedən örnək götürmək əvəzinə, müştərisinin nifrinlərindən əxz etdiyi neqativlərin əsirinə çevrilmiş kimi görünürdü. Bütün bunların təbii axarında Mahmud Quliyevin ciddi problemlər məngənəsində sıxılmasının səbəblərini bizdə axtarmasın. Odur ki, nə qədər ki, gec deyil, qoy icra başçısı şəxsi biznesinin yaratdığı süni əngəllərdən öz gücü ilə qurtulsun. Yoxsa, dövlət rəhbərliyi qarşısında sorğu-suala çəkilərək cəzalandırıla bilər.
\\gundelik-baku.com\\
Geri qayıt