Əsas Səhifə > Cəmiyyət, Manşet > Sabunçu İcra Şöbəsi məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir

Sabunçu İcra Şöbəsi məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir


23-07-2015, 11:31
Sabunçu İcra Şöbəsi məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir
Azərbaycan Respublikası Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım! Sabunçu rayon Məhkəməsinin 2-(008)177/2014 saylı, 30.01.2014-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Əliyev Zöhrab Zülfü oglundan 265.000 manat məbləgində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ələkbərova Səbinə Elçin qızına verilməlidir. Apellyasiya Məhkəməsinin 2(103)2772/2014 saylı 29 may 2014-ci il tarixli qətnaməsi ilə Bakı səhəri Sabuncu rayon Məhkəməsinin 30.01.2014 –ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-549/15 saylı ,16.02.2015-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 29 may 2014 ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)177/2014 saylı,30.01.2014-ci il tarixli qətnaməsi icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyevin icraatına verilmişdir. Sabuncu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyev tərəfindən 15.09.2014-ci tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən, göstərilən tələbin könüllü icra olunması üçün borcluya 10 gün müddət təyin etmişdir. Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmuru Hakim Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-177 saylı, 30.01.2014-ci il tarixli icra sənədi üzrə borclu Əliyev Zöhrab Zülfü oglunun Sabunçu rayonu İcra Şöbəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahış etmişdir. ”İcra Haqqında” Azərbaycan Respublikası qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikasının “İcra haqqında” qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 23.06.2015-ci il tarixdə Sabunçu rayon İcra şöbəsinə, 24.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və 25.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova borclu barəsində hansı səbəbdən məcburi icra tədbirləri görülməməsi və məhkəmə qətnaməsinin icrası hansı səbəbdən bu günə kimi icra olunmaması barədə müraciət olunmuşdur. Əlavə olaraq yazdıqlarım “Qafqaznews” internet portalında işıqlandırılmışdır. 29.06.2015 ci il tarixdə tərəfimdən Sabunçu rayon Məhkəmə İcraçıları Şöbəsinə məhkəmə qətnaməsinin icrasının hansı mərhələdə olması barədə müraciət olunduqda Sabunçu rayon icra Şöbəsinin icra məmuru Hakim Mirzəyev bildirmişdir ki, borclu Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olunmuşdur. Hakim Mirzəyevdən işin nə vaxt icra olunmasını soruşduqda o mənə bildirdi ki, hələ bundan sonra yenə 2-3 ay gözləmək lazımdır. Nəzərə alaq ki, borclunun borcu külli miqdardadır və avtomobilin satışından əldə olunan məbləğ borcun heç 3-4 % etmir. Bir də hər belə aşkar olunan avtomobil üçün aylar ötsə, bu deməyə əsas verir ki, məhkəmə qətnaməsinin icrası illərlə uzanacaq. Belə qənaətə gəlmək olar ki, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyev qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir və işin icrasına biganə yanaşır. Hesab edirəm ki, borclu Əliyev Zöhrab Zülfü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313.1-ci maddəsi ilə protokol tərtib olunmalı və Sabunçu rayon Məhkəməsinə təqdim olunmali və dərhal da Azərbaycan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmalıdır. Xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzərə alıb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin edilməsi və ya borclu Əliyev Zöhrab Zülfü oglu barəsində qanuni şəkildə tədbir görülməsi üçün bizə kömək edəsiniz.

Qoşma:

1) “ İcraata başlamaq haqqında” 15.09.2014-cü il tarixli Qərarın surəti; 1vər

2) “Tələbin könüllü icrası haqqında” 15.09.2014-cü il tarixli bildirişin surəti.1 vər.

Hörmətlə, Ələkbərova Səbinə Elçin q-n Nümayəndəsi Hüseynov Yalçın Çəfərqulu oglu

Geri qayıt