Əsas Səhifə > Cəmiyyət, Manşet > Çarəsiz vətəndaşlar Əhliman Əmiraslanovdan kömək istədilər...
Çarəsiz vətəndaşlar Əhliman Əmiraslanovdan kömək istədilər...24-07-2015, 11:17 |
Qafqaz Xəbər Agentliyi olaraq bir neçə dəfə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin dövlət qurumlarına müraciətini işıqlandırmışıq. Qısa xatırlatma üçün bildirək ki, sakinlər öz qonşularının binanın həyətini zəbt edərək özləri üçün avtomobil dayanacağı düzəltməsindən narazılıq edirlər. Konkret desək, həmin binada mənzil 129-un sakini, 90 –RE- 987 nömrəli Toyota Prado markalı avtomobilin sahibi Məmmədov Samir Böyükağa oğlu, mənzil 111-in sakini, 90 -UN -074 nömrəli Mercedes markalı ML 350 avtomobilin sahibi Nəsibov Elçin Əşrəf oğlu, mənzil 109-un sakini 90 -CP -059 nömrəli Toyota Camry markalı avtomobilin sahibi Babayeva Saiqə Əbülfəz qızı məhəllədə qeyri-qanuni ərazini zəbt edərək, həyətdə yerə iri mıxlar başdıraraq öz avtomobilləri üçün avtopark yaradıblar. Binanın sakinləri tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilsə də, sakinlərə rədd cavabı veriblər. Redaksiyadan: Sakinlərin müraciətini araşdırarkən, biz yalnız Samir Məmmədovla bağlı məlumat əldə etmişdik və digər avtomobillərin sahibləri ilə bağlı araşdırma aparırdıq. Onlardan birinin keçmiş gömrük işçisi, digərinin isə ticarətlə məşğul olduğunu qeyd etmişdik. Ancaq bu gün redaksiyamıza daxil olan məlumata görə 90 –CP- 059 avtomobilinin sahibi keçmiş gömrük işçisi deyil, avtomobil həmin şəxsin anasının adınadır və o həmin avtomobili etibarnaməsiz idarə edir. Digər məlumatdan isə bəlli olur ki, üçüncü şəxs, yəni ticarətlə məşğul olan Nəsibov Elçin Əşrəf oğludur. Sakinlər söyləyir ki, Nərimanov icra başçısına, Nərimanov RPİ-nin rəisinə, Nərimanov Bələdiyyə sədrinə müraciətdən sonra məhəlləyə yoxlama göndərilib. Ancaq alim Samir Məmmədov Tibb universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun adından sui-istifadə edərək yoxlamaya gələnlərə xox gəlib. Yoxlamaya gələnlər isə heç bir tədbir görməyərək gediblər. Bu biabırçılığı görən narazı sakinlər haqlı olaraq Əhliman Əmiraslanovdan soruşurlar: Cənab deputat! Rəhbərlik etdiyiniz ali məktəbin əməkdaşı sizin həyəti zəbt edərək yerə mıx basdırıb özü üçün avtopark düzəltsəydi sizə necə təsir edərdi? Aşıq Alı 7/19 binanın sakinləri Əhliman Əmiraslanovdan cavab gözləyirlər. Çünki məhəllədə Samir Məmmədov yalnız Əhliman Əmiraslanovun adından istifadə edir. Geri qayıt |