Əsas Səhifə > Cəmiyyət, Manşet > Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı

Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı


14-08-2015, 11:23
Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı
DİA.AZ: - Son günlər müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında olduqca mühüm proseslərin getdiyi Azərbaycanın ordu sistemində islahatlar təkcə yeni silahlanma, kazarmaların, hospitalların, hərbi obyektlərin yenilənməsi ilə kifayətlənmir. Müharibə zərurətini açıq hiss edən Azərbaycan ordusunda həm də davamlı və ciddi kadr islahatları da həyata keçirilməkdədir.

Orduda kadr islahatları: 2 general vəzifəsindən uzaqlaşdırıldı

DİA.AZ-a daxil olan məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi general mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov və Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi general mayor Mirzə Yarəhməd oğlu Almasov işlərində buraxdığı nöqsanlara görə vəzifələrindən azad olunublar.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifəsindən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

Onu da qeyd edək ki, bu məlumatı Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyə çalışırıq...

Geri qayıt