Əsas Səhifə > Cəmiyyət, Manşet > Qəbələnin icra başçısından ilginc qərar...
Qəbələnin icra başçısından ilginc qərar...17-08-2015, 12:23 |
DİA.AZ: - DİA.AZ bildirir ki, Facebook istifadəçilərinin yazdıqları statuslardan aydın olur ki, Qəbələdə sakinlərə məxsus mal-qara əgəe rayon icra hakimiyyətinin başçısının yolunun üstünə çıxırsa deməli o inəklərin sahibləri cəzalanmalıdırlar və yola çıxan inəklər ətliyə verilməlidir. dia-az.life-ın məlumatına görə, Qəbələ rayon Hənzəlli kəndinin sakinlərinin verdiyi məlumata görə, icra başçısı Səbuhi Məhəmməd oğlu Abdullayev yolda maşınının qarşısına çıxan inəyə yaman əsəbləşib. Axtarıb inəyin sahibini tapıb. İnəyin sahibi həmin kəndin yaşlı sakini olub. Icra basçisi sonra öz qoçularını göndərib ki, gedin inəkləri aparın ətliyə, cəzalandırın. Cəzalandırma anı qoçulara tabe olmaq istəməyən ev sahibi öz nəvələrini töküb küçəyə ki, inəkləri aparırsınızsa, uşaqları da aparın. Çünki bu uşaqlar həmin o inəklər sayəsində dolanır, çörək tapır. Bu sözdən sonra qoçular daha da qəzəblənib, ev sahibini və oğlunu aparıb salıblar içəri. İndi də deyirlər ki, ərizə yaz, başçıdan üzr istə ki, "hörmətli başçı, səndən dönə-dönə üzr istəyirəm və inəyim bir də yola çıxsa, cəzasını özüm verəcəm". Artıq şüursuz heyvanların hərəkətinə görə, insanlar cəzalanırsa, deməli, bu ölkədə heyvanla insana eyni münasibət göstərilir. DİA.AZ bildirir ki, həmən bu Həmzəlli kəndi dünya yaranandan maldarlıqla dolanıb, lakin indi həmin kəndin içində 65 hektar ərazidə atıcılq kompleksi düzəldilib və ora asfalt yol salınıb. Bu asfalt yola çıxmaq kəndin inəklərinə rəsmi,adamlarına qeyri rəsmi qadağa qoyulub. Qeyd edək ki, rəsmən neft ölkəsi hesab etmədiyimiz Azərbaycanda fermerlərin hüquqlarının məhdudlaşdırılması, əslində dövlətimizi narahat edən bir haldır. Bu isə başçının məlum cəzasının onun özünə problem yarada biləcəyindən xəbər verməkdədir. Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq. Geri qayıt |