Əsas Səhifə > Cəmiyyət, Manşet > Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var...
Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var...20-08-2015, 12:21 |
Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlardan, burada vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edilir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd etmişdik ki, Qazaxdan daxil olan məlumatlarda rayon ƏSMM-nin direktoru Yasin Mürsəlovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Bir müddət əvvəl isə, redaksiyamızın elektron ünvanına daha bir şikayətçi tərəfindən ünvanlanmış ərizə daxil olmuşdur. Qazax şəhər sakini, Qarabağ Müharibəsi veteranı, Bakı küçəsi ev 115-də yaşayan Hüseynov Tahir Arif oğlu bildirir ki, o da öz növbəsində mərkəzdə hökm sürən süründürməçiliyə məruz qalmışdır. Şikayətçinin verdiyi məlumata görə, bir müddət bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan Yasin müəllimin əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət etmişdir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etmişdir. Həmçinin təqdim etdiyi ərizədə Tahir Hüseynov Qazax RİH başçısının birinci müavini Fərman Nağdalıyevdən və müavin Gülayə Həsənovadan da şikayətçi olduğunu bildirmişdir.Bundan başqa isə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Qazax ƏSMM-nin ahıllara xidmət şöbəsinin fəaliyyəti faktiki olaraq formal şəkildə həyata keçirilir. Belə ki, iddiaya görə şöbənin sənədlərində guya ki, xidmət göstərilən çox sayda vətəndaşların adları qeydiyyatdan keçsə də, əslində bu xidmətlərdən indiyədək heç kəs yararlanmayıb. Təbii ki, şöbənin fəaliyyəti üçün ayrılan dövlət vəsaitləri də şöbənin müdiri Günəş Məmmdova və mərkəzin mühasibi Günəş İsmayılova tərəfindən sənədlərə saxta imzalar atılaraq mənimsənilir. Daha sonra məlumatı təqdim edən mənbələr vurğulayırlar ki, Qazax ƏSMM-də Əmək Məcəlləsinin tələbləri də kobud şəkildə pozulur. Müxtəlif vəzifələrə təyin olunmuş əməkdaşların isə, əksəriyyəti qeyri-qanuni işə qəbul olunublar. Məsələn bildirilir ki, Yasin Mürsəlovun müavini Elxan Vəkilov bu vəzifəyə təyin olunarkən, heç bir test imtahanında və ya müsabiqədə iştirak etməyib. Sadəcə olaraq bu məmurun Şöhrət Vəkilovun qardaşı oğlu olması, onun hazırda tutduğu vəzifəyə təyinatı üçün yetərli olub. Digər tərəfdən isə, Yasin Mürsəlov hətta müqavilə əsasında işə qəbul etdiyi istədiyi əməkdaşa belə qeyri-qanuni olaraq, dövlət rütbələrinin verilməsinə və bunun əsasında həmin şəxslərin aylıq məvaciblərinin də artırılmasına nail ola bilir. Bu xüsusda məlumatda bildirilir ki, Qazax ƏSMM-nə testdən kənar, müqavilə əsasında məsləhətçi vəzifəsinə işə götürülmüş Elnarə adlı əməkdaşa III dərəcəli dövlət qulluqçusu rütbəsi verilmişdir. Yenə də məsləhətçi işləyən, orta təhsilli İradə adlı digər bir əməkdaşın adı isə ƏSMM-nin ştat cədvəlində arxiv işçisi kimi qeydə alınıb. Halbuki, mərkəzin ümumiyyətlə arxivi yoxdur və bu ştat artıq çoxdan ləğv olunmalıdır. Daha sonra məlumatlarda xüsusilə qeyd olunan qanun pozuntularından biri kimi, dünyasını dəyişmiş vətəndaşların ailələrinə dövlət tərəfindən ayrılan bir dəfəlik müavinatlarla (dəfn pulu) bağlı maxinasiyalar göstərilir. Qeyd olunur ki, Yasin Mürsəlov bu məqsədlə xüsusi mexanizm işlə bu məqsədlə xüsusi mexanizm işləib hazırlamışdır ki, onun vasitəsilə həmin müavinatın eyni şəxsin adına iki dəfə ayrılmasına nail ola bilir. Həmçinin məlumatlarda Qazax ƏSMM-də yerli əlil təşkilatlarının bəzi rəhbərləri ilə əlbir olaraq müəyyən maxinasiyalar həyata keçirdiyi də bildirilir. Qeyd olunur ki, bu maxinasiyalar əsasən ildə bir dəfə, beynəlxalq əlillər günü münasibətilə dövlət tərəfindən əlil vətəndaşlara ayrılan birdəfəlik müavinatların mənimsənilməsi üçün tətbiq olunur. Belə ki, iddiaya görə, təqdim olunan siyahılarda artıq adlar yazılır və onlara ayrılan vəsaitlər mənimsənilir... Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. Geri qayıt |