Əsas Səhifə > Cəmiyyət, Manşet > Hər gün bir maxinasiyasının xəbərini eşitməsək, qulağımız kar olar...
Hər gün bir maxinasiyasının xəbərini eşitməsək, qulağımız kar olar...27-08-2015, 12:01 |
Aran Qarabağ bölgəsində pambıq əkən fermerlər məhsulu zavoda təhvil verə bilmir. Səbəb bölgədə fəaliyyət göstərən tədarükçü şirkətlərdən birində yaranan maliyyə çətinliyidir. “Unikal”ın məlumatına görə, Bərdənin Qaradəmirçi kəndinin sakini İlham Qarayev pambıq emalı zavodu ilə bağladığı müqavilə əsasında 6 ha sahədə pambıq yetişdirib. Fermer deyir ki, müqaviləyə görə məhsulun qəbulu zamanı çəkilən xərc tədarükçü şirkət tərəfindən ödənilməliydi. Amma o vaxt maliyyə çətinliyi yarandığından pambığa çəkilən xərcin bir hissəsini öz hesabına ödəyib. Artıq yığım mövsümü başlasa da, zavod məhsulu qəbul etmir. "Kredit götürmüşük, ordan-burdan bol məhsul əldə eləmişik. İndi gəlib çıxıb bu vaxta.Zavodda da imkan yoxdu, pul yoxdu. Bu da kartof soğan deyil ki, aparıb bazarda satasan" deyə İlham Qarayev bildirir. Fermer Şəmil Əhmədovun fikirincə isə10 gün ərzində pambıq yığılmasa məhsul zay olacaq. "Hardasa 5 min xərc çəkmişəm. Ancaq emal zavodları götürməlidir ki, emal oluna, o biri zavodlarla da müqavilə bağlamışıq ki, onlar götürə də bilməzlər”. Sözügedən tədarükçü şirkətin Bərdədəki pambıq emalı müəssisəsində isə problemin onlardan qaynaqlanmadığını söylədiər. Belə ki, pambığın becərilməsi üçün lazım olan vəsait zavoda tabeçiliyində olduğu şirkət tərəfindən ayrılır. Son 1 ayda vəsaitin ümumiyyətlə, ödənməməsi müəssisəni fermerlər qarşısında çıxımaz vəziyyətə salıb. Sözügedən şirkətin rəhbərliyində olan şəxslərin isə Azərbaycan Beynəlxalq Bankının ətrafinda yaranmış kredit qalmaqallı ilə bağlı həbs edildiyi bildirilir. Zavodun baş mexaniki Habil Əliyev deyir ki, 4 aydır zavod öz işçilərinin əmək haqqını da ödəyə bilmir. Üstəlik müəssisənin 4000 manat “Azərişıq” ASC-yə borcu olduğu üçün zavoda elektrik enerjinin verilişi də dayandırılıb: "Hər kq-nı 10 qəpikdən fəhləyə verməlisən. Əgər pambığı yığıb gətirirsə, bura bizim heç 10 qəpiyi də verməyə imkanımız yoxdur. Pulunu verək pambığı qəbul edək". 650 ha sahədə fermerlərlə müqavilə bağladıqlarını deyən müəssisə rəsmisi hazırda məhsulu qəbul etmək üçün minumum 800 min manat vəsait lazım olduğunu deyir. Sözügedən tədarükçü şirkətlərin digər rayonlardakı pambıq emalı zavodlarında da vəziyyət eynidir. Vəsait çatışmazlığından hazırda Ağcabədi, Ağdam, Beyləqan, Tərtər, Goranboy rayonları da daxil olmaqla ümumilikdə 2500 ha çox sahədə təqribən 7000 tona yaxın məhsul yığılmamış qalıb. Bir sözlə, Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankın düzgün idarə olunmaması nəticəsində ortaya çıxan kredit qalmaqalının fəsadları yalnız milyardlarla manatın taleyinin qaranlıq qalması ilə yekunlaşmır. Bu qalmaqal aqrar sektorda da dəhşətli fəlakətə yol açıb. Belədə dövlətə dəyən 7 min tonluq zərərin məsuliyyətinin önəmli hissəsinin Cahangir Hacıyevin üzərinə düşdüyü birmənalıdır. Geri qayıt |