Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağsunu kimlər idarə edir?
Ağsunu kimlər idarə edir?31-08-2015, 12:02 |
Ağsu rayonunun 10 ilə yaxındır ki, nazir Səlim Müslümovun dayısı, icra başçısı Ənvər Seyidəliyev duğu əksəriyyətə məlumdur. Bu 10 ildə bürokrarik əngəllərin girdabında boğulan ağsulular dəfələrlə etirazlarını yazılı və şifahi surətdə bildiriblər. Lakin bu günəcən heç bir etiraz nəzərə alınmayıb. Çünki Ənvər Seyidəliyev bacoğlusuna arxalanıb Ağsunu şəxsi ərazisi və mülkü kimi idarə edir. Təfərrüatlara varaq. Beləki, azerinews.tv-yə daxil olan çoxsaylı şikayətlərə görə, Ağsuda əsas vəzifə sahibləri və pul gətirən sahələrin yönəlticiləri pirhəsənlilərdir. (Pirhəsənli, başçının kəndi-red.) Bunu mətbuat vasitəsilə ölkədə bilməyən az adam tapılar. Düzdü, bir müddət əvvəl S.Müslümovun qardaşı Radim Müslümov Ağsu rayon Maliyyə şöbəsinin müdirliyindən İsmayıllı rayonunun eyniadlı qurumuna transfer olundu. Bir növ, Pirhəsənli “mafiyası” narazılıqların fonunda siyasi gediş etdi ki, ictimai diqqəti üzərlərindən uzaqlaşdırsınlar. Lakin “bir gül ilə bahar olmaz” hikmətini yada salmadılar. Yəni, biri getdisə, yerində yüzü qaldı. İş onda deyil ki, camaat məhz Müslümovun qohumlarının rayon rəhbərliyində təmsil olunmasından narahatdı, əsla, məsələ onların rayon camaatını rəzil günə qoyub, istismar etmələrindədir. Yoxsa nə var ki; məmmədlər olmasın, ənvərlər olsun. Əvvəla, rayon mərkəzində yeni salınan dövlət obyektlərinin hamısının layihəsini Ənvər Seyidəliyev rayon mərkəzi ilə Pihəsənli kəndinin arasındakı əraziyə saldırıb. Məsələn, stadion, idman kursları, xəstəxana, uşaq əyləncə mərkəzi, Şəhidlər xiyabanı, hərbi komissarlıq, FHN-nin rayon şöbəsi və sairə. Hələ tikintilər davam edir. Buna da dözmək olardı, əgər… Əgər camaatın cibini hər gün müxtəlif vasitələrlə soymasaydılar Diqqət çəkək “Kapitalbank”ın Ağsu filialına. Təbii ki, bu qurumun rəhbəri Ənvər Seyidəliyevin qardaşı Fətulla Seyidəliyevdir. Çox uzun illərdir ki, Fətulla müəllim bu missiyanı yerinə yetirir. Özü də hacı adamdı, hərçənd ki, el arasında “seyid” çağırılır. Bütün rayonlarda pensiyalar, sosial müavinətlər, maaşlar veriləndən ən azı bir həftə sonra Ağsuda camaat bankomatdan pul çıxarır. Bir neçə gün bankdan pul buraxılmır, bir neçə gün isə ya bankomatlarda pul olmur, ya bankomatlar xidmət göstərmir, ya da işıqlar sönür və sairə. Onminlərlə pul başçının və qohumlarının ticarət obyektlərində, tikinti şirkətlərində, şadlıq saraylarında, restoranlarında, yukdaşıma servislərində dövriyyəyə buraxılır ki, bu da xeyli miqdarda təmiz gəlirin əldə olunması deməkdir. Digər tərəfdən, sözügedən bank filialının kassiri Əzizaga bəy ehtiyacı olan insanlara maaş, pensiya, sosial müavinətlər, torpaq subsidiyaları və s. verilənə qədər faizə pul buraxır ki, buna öz dillərində “möhür düzmək” deyirlər. Əlbəttə ki, bankomat kartlarının müqabilində buraxılır bu pullar. Kartlar sahiblərinə qaytarılanda isə 100 manata qədər verilmiş pulun müqabilində 10 manat, 200 manata görə isə 20 manat faiz saxlayır, Əzizağa kaccir. Nəzərə alsaq ki, yüzlərlə insan bu “şans”dan istifadə edir, onda hansı məbləğdən söhbət getdiyi məlum olur… Azerinews.tv-yə üz tutan şikayətçilərin dediyinə görə hazırda torpaq subsidiyalarının verilməsi dövrüdür. 15 günə yaxındır ki, hər gün subsidiyalar şayiələr şəklində verilir camaata. Amma əslində yenə onminlərlə manat şəxsi dövriyyələrdədir. Bunu əhali hər dəfə pul verilməsi qabağı başçının “Kapitalbank”-ın rayon filialını ziyarət etməsindən bilir. Əcəba, ancaq pul gələndən-gələnəmi qardaşlar hal-əhval tutur?.. İşgüzar görüşdüsə, niyə başqa zamanlarda gerçəkləşdirilmir bu görüşlər?.. Bəlkə də, başçının icazəsi ilə kənd ərazi komissiyalarının subsidiya “pripiska”larından əldə olunan gəliri ayırmaq üçün başçı cənabları bankı həssas vaxtlarda ziyarət edir!.. Bunun dəqiqini, yəqin ki, RİH başçısının Aqrar məsələlər üzrə keçmiş müavini (həmin postlar Prezidentin səsrəncamı ilə bir neçə aydır ki, ixtisara salınıb-red.), subsidiyaların müəyyən olunması üzrə rayon komissiyasının sədri Elxan Abdullayev bilir. Ancaq bu, o demək deyil ki, əhalinin bu işlərdən xəbəri yoxdur!.. P.S. Yuxarıda istinad etdiyimiz faktlar rayondakı maxinasiyaların yüzdən biridir. Yerli mənbələrdən əldə etdiyimiz digər diqqət çəkən karrupsiya faktlarını da tezliklə oxucularımızın və aidiyyatı dövlət qurumlarının ixtiyarına buraxacağıq. Məsələn: Bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyalar Ağsunun başçısı tərəfindən necə əridilir? Ə.Seyidəliyevin paytaxtda ev, maşın alıb bağışladığı qızların hərəsinə bu pullardan nə qədər bölüşdürülür? Ə.Seyidəlievin deputatlıq istəyinin arxasında nələr gizlənir?.. Və sairə… Geri qayıt |