Əsas Səhifə > Cəmiyyət, Manşet > Qax sakinləri nədən üzlərini göyə tutub Allahdan mədət diləyirlər...
Qax sakinləri nədən üzlərini göyə tutub Allahdan mədət diləyirlər...2-09-2015, 11:51 |
Qax Suvarma Sistemləri İdarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlara dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə faktı diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi, sözü gedən idarə rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Bu yönümdə idarə suvarılan əraziləri su ilə təmin etməli, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməlidir. Lakin yerli fermerlər Qax Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Soltan Camalov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin məlumatlarda bildirilir ki, Suvarma idarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğrayır. Bu isə yerli sakinlərin və fermerlərin işlərinə olduqca mənfi təsir göstərir. Bu gün isə narazı fermerlər hətta iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə işlər daha çox problemli olur. Artıq qeyd edildiyi kimi, Qax rayonu ərazisindən 6 çay keçir. Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çayları. Bu çayların suyundan yaz və payız aylarında suvarma məqsədləri üçün istifadə olunur. Çayların sululuğu əsasən yaz və payız aylarına təsadüf edir. Yay aylarında bu çayların bəziləri tamamilə quruyur. Çayların suyunun azaldığı dövrdə isə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. Qax rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən də rayon iqtisadiyyatının inkişafı üçün Qax Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Soltan Camalov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər... Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik. Geri qayıt |