Əsas Səhifə > Cəmiyyət, Manşet > Saatlı rayon icra hakimiyyətinin qarşısında DƏHŞƏT

Saatlı rayon icra hakimiyyətinin qarşısında DƏHŞƏT


15-09-2015, 10:49
Saatlı rayon icra hakimiyyətinin qarşısında DƏHŞƏT
Dünən Saatlı rayonunda kütləvi şəkildə intihara cəhd hadisəsi qeydə alınıb. Bu barədə JAM.AZ-a verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Malik Əliyev 6 nəfər ailə üzvü ilə birlikdə Saatlı İcra Hakimiyyətinin binası önünə gələrək, üzərlərinə benzin tökərək, yandırmaq istəyiblər.

JAM.AZ-a verilən bilgilərdə deyilir ki, məsələdən xəbər tutan icra başçısının müavinləri təcili olaraq hadisə yerinə gəlib və Əliyevlər ailəsini intihar etməkdən çəkindirməyə çalışıblar. Uzun-uzadı mübahisələrdən sonra Malik Əliyev fikrindən daşındırılıb və onu Polis Şöbəsinə aparıblar.

Qeyd edək ki, Əliyevlər ailəsinin intihara təşəbbüs etmələrinin səbəbi onların dolanışıqlarının dəhşətli durumda olması olub. Belə ki, Malik Əliyev və ailə üzvləri dolana bilmədikləri üçün dəfələrlə rəsmi qurumlardan iş istəsə də, rədd cavabı alıb. Sonuncu dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyi Saatlı Sosial Müdafiə Mərkəzində isə ondan pul istənilib. Və bununla da səbr kasası daşıb və intihara cəhd edib.

Geri qayıt