Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: Cabbarovun dərslik siyasətinin biabırçı təzahürü nədən qaynaqlanır?

ŞOK: Cabbarovun dərslik siyasətinin biabırçı təzahürü nədən qaynaqlanır?


28-09-2015, 09:27
ŞOK: Cabbarovun dərslik siyasətinin biabırçı təzahürü nədən qaynaqlanır?
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup təhsil işçisi ilginc faktları açıqlayıblar. DİA.AZ-a yazan müraciət müəllifləri vaxtıilə dərsliklərin hazırlanması işində bir ekspert kimi çalışmış pedaqoq olduqlarını qeyd edir və bildirirlər:

"Bildiririk ki, Əsgər Quliyevin televiziyada və mətbuatda dərsliklərlə bağlı son çıxışları bir neçə il bundan öncə Təhsil Nazirliyindəki dərslik siyasətində onun yarıtmaz işlərini bir daha yadımıza saldı. Bilənlər bilir, bilməyənlərində nəzərinə çatdırmaq istəyirik ki, bu həmin Əsgər Quliyevdir ki, Azərbaycan Xalq Cəhbəsinin hakimiyyətdə olduğu zaman Təhsil Nazirliyində dərslik şöbəsinə müdir təyin olunmuş və Xalq Cəhbəsinin hakimiyyətdə yaratdığı xaosdan sonra Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdə sonra şəxsən özü Əsgər Quliyevin yarıtmaz işlərini görüb tənqid etdikdən sonra onun göstərişinə əsasən Nazirliyin dərslik siyasəti şöbəsindən qovulmuşdur. Əslən Gədəbəyli olan Mikayıl Cabbarov Təhsil Naziri təyin olunduqdan sonra özünun Gədəbəydən olan müavini Ceyhun Bayramovla birlikdə həmyerliləri Əsgər Quliyevi yenidən dərslik şöbəsinə müdir müavini vəzifəsinə təyin etdilər.

ŞOK: Cabbarovun dərslik siyasətinin biabırçı təzahürü nədən qaynaqlanır?

Ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərdə ədəbi dilimizdə işlənməyən ədəbsiz sözlərin dərsliklərdə öz əksini tapılamsına qadağa qoyula bilməz fikrini səsləndirməsi fikrimizcə hər bir Azərbaycan vətəndaşını, hər bir müəllim və şagirdi çox hiddətləndirmişdir. Əslində Əsgər Quliyev özü ədəbi dilimizdə işlənməyən ədəbsiz söz və cümlələrin ən böyük “müəllifidir”. Onunla bir anlıq həmsöhbət olduqda onun nitqində çoxlu sayda ədəbsiz söz və cümlə eşitmək olur və utanmaz-utanmaz belə bir adamın yenidən mətbuatda və televiziyada çıxıb dilimizdə az işlənən ədəbsiz sözlərin və cümlələrin işlədilməsinə heç kimə qadağan etmək olmaz demesi təccüb doğurmur. Maraqlı orasındadır ki, işində yol verdiyi kobud səhvlərinə görə Ulu Öndər Heydər Əliyev tərəfindən qovulmuş Əsgər Quliyev Mikayıl Cabbarov tərəfindən yenidən vəzifəyə gətirilməsi başa düşülən deyil. Eyni zamanda dərslik şöbəsinin müdiri vəzifəsində Faiq Şahbazlı olduğu halda gədəbəyli Əsgər Quliyevin gözə soxulması görünür Mikayıl Cabbarov və Ceyhun Bayramovun gələcək planlarından xəbər verir. Bu bir daha sübut edir ki, Mikayıl Cabbarovun kadr siyasəti cox yarıtmazdır və gələcəyi üçün müsbət dəyişikliyə çıxaracaq bir şey vəd etmir. Təhsil ictimaiyyəti gözləyirdi ki, Mikayıl Cabbarov keçmiş rəhbərliyin təhsil sahəsində yol verdiyi nöqsanları aradan qaldıracaq və təhsil siyasətində əməlli müəyyən işlər görəcəkdir. Lakin nəyinki o bunu etmədi hətta o bir azda bu sahədəki nöqsanları dərinləşdirmək üçün Əsgər Quliyevi o sahəyə müdir müavini təyin etdi. İndi ictimayyət özü bir nəticə çıxartsın: Vəzifəyə görə öz əqidəsini dəyişən bir adamdan müsbət bir nəticə gözləmək olarmı? Əslində Əsgər Quliyevi bu vəzifəyə gətirən AXC hakimiyyətində təmsil olunanlar hakimiyyət süquta uğrayandan sonra ya vəzifələrindən getdilər ya da ki fəaliyyətlərini dondurdular. Lakin Əsgər Quliyevin bu vəzifədə qalıb sonradan işində aşkar olunan ciddi nöqsanlara görə işindən qovulması və sonradan gədəbəylilərin Təhsil Nazirliyində rəhbərliyə gəlməsi onun yenidən dərslik siyasəti şöbəsinə rəhbər vəzifəsinə gətirilməkə nəticələndi.

Təhsil Naziri Mikayıl Cabbarova sual olunur?

Dövlət Proqramı ilə 3000-dən çox xarici ölkələrin aparıcı məktəblərində təhsil alan və onlardan bir çoxunun təhsilini başa vuran məzunlardan nə üçün Təhsil Nazirliyinin aparatına işə gətirilmir və yaxud işə gətirilməsinə şərait yaradılmır? Niyə nazirliyin mərkəzi aparatında olan boş vəzifələr müsabiqə və müsahibə yolu ilə doldurulmur? Niyə Nazirliyin mərkəzi aparatına yalnız Mikayıl Cabbarovun sinif yoldaşaları, tələbə dostları, yerliləri, qohumları, tanışları vəzifəyə gətrilməlidir? Odur ki, Mikayıl Cabbarov nə qədər ki, bu mövqeyindən və bu əməllərindən əl çəkməsə təhsil sistemində o cümlədən dərslik siyasətində və dərsliklərin hazırlanmasında nəsə bir müsbət nəticənin əldə olunması mümkünsüzdür. Ölkə başçısının Mikayıl Cabbarovun bu yarıtmaz işlərinə son qoyması üçün təsirli tədbirlərin görülməsi çox vacibdir. Bizim fikrimizcə Təhsil Naziri vəzifəsi Mikayıl Cabbarov kimi bir siyasətçiyə 3-4 “razmer” böykdür. Bütün təhsil ictimaiyyəti Mikayıl Cabbarovun həmin vəzifədən getməsini, onun yerinə Respublikamızın daha təcrübəli daha bilikli və təhsil müstəvisində daha çevik işlər görə bilən bir şəxslə əvəz olunmasını gözləyir. Əslində İçəri Şəhər Dövlət Qoruğu İdarəsinin rəisi vəzifəsi Mikayıl Cabbarovun “boyuna” biçilmiş bir vəzifə idi. Azərbaycanda ele bir ailə tapılmaz ki Mikayıl Cabbarovun iki ildən artıq bir dövr ərzində təhsilə etdiyi rəhbərlik dövründən razı qalsın.

Hörmətli dia-az.life Biz vaxtı ilə dərsliklərin hazırlanması işində çalışmış ekspert-pedaqoqlar olaraq Ölkə başçımızdan bu sahədə təcili tədbirlər görəcəyinə ümid edirik".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt