Əsas Səhifə > Cəmiyyət, Manşet > Neftçalada yeniyetmələrimiz təhlükə altında...

Neftçalada yeniyetmələrimiz təhlükə altında...


30-09-2015, 10:11
Neftçalada yeniyetmələrimiz təhlükə altında...
Teref.infonun poçtuna Neftçala rayonundan narkomaniyanın artması ilə bağlı çoxdan siqnallar alırdıq. Elektron poçtumuza gələn bu məktub isə artıq sos siqnalıdır. Əgər narkotiklər m\əktəblərə yol alıbsa bu gələcəyimizə ən ağır zərbədir. Teref.info məktubu sizə təqdim edir.
"Hörmətli redaksiya keçmiş rəis Rza Hacıyev işdən azad ediləndən sonra rahat nəfəs almışdıq. Çünki Rza Hacıyev Neftçalanı bədbəxt günə qoymuşdu. Narkomanlıq, cinayətkarlıq baş alıb gedirdi. Narkotik alverçilərindən rəis haqq alırdı. Bütün dükan bazarda ona haqq verirdi. O zaman MTN- nin Neftçalada apardığı əməliyyatlar narkomafiyaya güclü zərbə vurdu. Onda polisdən bir çox adam getdi. Onların içində hal hazırda rəisin 1-ci müavini olan Duxtur Sulatanovda var idi. Neftçala polis rəisi Rza Hacıyevdə işindən azad olundu. Neftçalalılar elə bildilər ki, canlarını Duxtar Sultanovdan qurtardılar. Lakin yeni rəisƏli İbrahimov əlləşib vuruşub onu yenidən geri gətirdi. Duxtar Sultanov rayona qayıdandan sonra narkomaniyada sürətlə artmağa başladı. Gizlənmiş narkotacirlər rahat nəfəs aldılar. İndi onlara gözün üstündə qaşın var deən yoxdur.
Arada 1-2 dənə narkomanlar tutulur. Adı da qoyulur narkomanlığa qarşı mübarizə. Əsl narkotik al verçiləri isə haqlarını verib camaatı zəhərləməkdə davam edirlər.
Rəis Əli İbrahimov da xələfinin yolu ilə bütün ticarət obyektlərinə haqq qoyub. Bazarda göyərti satanda polis rəisinin haqqını verməlidir. Yoxsa burda al ver etmək olmaz. Heç kim səni alver etməyə icazə verməz.
Sonra gəlir balıqçılar. Onların da seçim haqqı yoxdur. Haqqı verməlidirlər. Yoxsa ciblərinə narkotik atıb şöbəyə aparalar.
Əli İbrahimovun özü ilə gətirfiyi Anar Nağıyev içtimai asayiş şöbəsindədir. Lakin onun əsas vəzifəsi DYP- də oturub sürüculərdən pul yığmaqdan ibarətdir.
Hörmətli redaksiya Neftçalanın ipni deyəsən Allah kəsib. Belə gedsə narkomaniya və rüşvətxorluq axırımıza çıxacaq. Şikayətlərimizə isə heç kim qulaq asmır. Bəlkə mətbuata qulaq asalar.
P.S. Hörmətli redaksiya ən böyük bəla isə ondadır ki, artıq narkotiklər məktəblərə yol açıb və uşaqlarımızı narkotik aludəçilərinə çevirib. Yenə də bizim polis nədənsə narkotacirlərə gözünüstə qaşın vbar demir. Lakin 2-3 nəfər narkotik aludəçisini həbs etməklə işini bitmiş sayır.
Adil
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!

Geri qayıt