Əsas Səhifə > Cəmiyyət, Manşet > Elmira Axundovanın seçicisi başqa deputatlardan kömək istəyir

Elmira Axundovanın seçicisi başqa deputatlardan kömək istəyir


1-10-2015, 11:03
Elmira Axundovanın seçicisi başqa deputatlardan kömək istəyir
Biz deputatlığa bir az başqa cür baxırıq, necə deyərlər, ali məclisimizin də 97 illik alnına “deputatxana” sözünü hopdura bilmişiksə, vay bizim halımıza. Heç kim yaxasını geri çəkməsin, hər kəs günahkardır, adi süpürgəçisindən tutmuş deputat kürsünü əbədi və əzəli yataq dəstinə çevirən hansısa əndrabadi deputatına qədər. Uzun danışmayacam, onsuz da hər kəs hər şeyi bilir, birbaşa mətləbin ortasına keçirəm. 2015-ci ilin ağrısı, dərd-qəmi ağır olacaq, ən azı ona görə ki, bu ilki deputat seçkiləri də yuxarı dairələrin yaxasından yapışıb öz yaxasını isə xalqdan gizlədənlərin növbəti rüsvayçı iddiaları ilə yadda qalacaq. Lap elə tutaq ki, illərdir Milli Məclisimizin böyük bir kreslosunu zəbt edən jurnalist deputatımız Elmira Axundova bu seçkilərə nə ilə gedirsə, bunu nə biz bilirik, nə də özü. Axı xalqdan zorla, döyə-döyə, başına qapaz vura-vura, “mən Həsən ağanın qohumuyam” prinsipi ilə səsmi almaq olar? Lap tutaq ki, aldın. Bəs o səsi yeməkmi olar? Deyək ki, onu da yedin. Bəs sonra cavab verməkmi olacaq? Elmira Axundovanın dairəsində bu dəfə vəziyyət heç də yüngül olmayacaq, ağırlıq dərəcisini isə vətəndaşlar müəyyən edəcək. Şükür olsun Allaha, bu günü də gördük.

Bolgexeber.com bildirir ki, axır ki, Elmira xanım da əhali tərəfindən 71 saylı Masallı kənd seçki dairəsinin odda yanmaz-suda batmaz, əbədi və əzəli, topdağıtmaz adını necə lazımdırsa, elə də qazandı. Biz heç nəyi boşuna yazmırıq və qeyrisi, nə də Elmira xanımla heç bir ədavətimiz də yoxdur. Axı kimin necə işlədiyi qıraqdan aydın görünür. Elmira xanıma sual etsək ki, sizin dairənizdən yüzlərlə insan nə üçün məhz Sizə yox, dərdlərinə çarə tapmaq üçün mətbuata, konkret desək, hansı səbəbdən bizə üz tutur? İçlərində sizi ümumiyyətlə tanımayan vətəndaşından müəlliminə, sahibkarına, müəlliminə qədər hər kəsdən uzaq düşmüsüz. Siz deputat seçildiyiniz dairədə yaşayan əhalinin ayağına getməlisiniz, daha onlar sizin qəbulunuza düşmək, ərizə yazmaq üçün Milli Məclislə Şəhidlər Xiyabanın arasında yatmamalıdırlar. Hər şeydən xəbərimiz var. Hətta kiməsə 50 manat köməklik göstərib vətəndaşı borclu çıxaranlardan da. Nə üçün Sizin dairənin sakini Tovuzun, Cəlilabadın, Qəbələnin deputatından kömək istəyir? Nə yazıq ki, əslində deputatlıq oğlunuz Həbib Axundova “day-day”lıq etməkdən ibarət olmadığını sizə qəbul etmək istəmirsiniz.

Nə yazıq ki, sizi istəməyən, zorla özünüzü sırımağa çalışdığınız Masallı camaatı hər gün oğlunuz kimi 10 -HH -111 dövlət nörmə nişanlı, PORCHE markalı maşında şəhərdə şütüyə, boğazı quruyanda da bir stəkanı 100 manata çay içə bilmir. Bunu düşünməliyik. Məsələn, Masallıdan bizlərə müraciət ünvanlayan bir vətəndaş yazır: “Mənim əslim Masallı rayonundandır. Tərslikdən Bakıda da Elmira xanımla qonşuyam. Masallıda onun etinasızlığına, Bakıda da oğlunun gec-gündüz moyka işlədib bizləri narahat etməsinə tab gətirmək olmur”. BU məktubu gələn dəfə işıqlandıracağıq. Amma biz də o şikayətçiyə qısa cümlə yazdıq və hörmətli Elmira xanımı belə müdafiə etdik: “Sadəcə dözün. Elmira xanım deputatdır və oğlu sizi döyə də bilər, söyə də bilər, hətta pol taxtasını götürüb dalınızca düşə də bilər. Qətiyyən pis olmayın”. Seçkiyə hə lə çox var, ancaq indidən masallı sakinlərinə başsağlığı verməyi özümə borc bilirəm. Bu başsağlınızı qəbul etməyə də bilərsiz. Çünki Elmira xanım başının üstünü alan qara buludlardan da xəbərdardır. Bir sözlə, başınız sağ ola da, olmaya da bilər.

Geri qayıt