Əsas Səhifə > Cəmiyyət, Manşet > “Laçın” Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası
“Laçın” Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası3-10-2015, 15:41 |
Azinforum.az xəbər verir ki , bu dəqiqələrdə 8 km ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş mgistral yolu bağlamağa cəhd edib. Azinforum.az-ın hadisə yerində olan reportyorunun verdiyi məlumata görə, vətəndaşların etirazına səbəb kimi, Nizami rayon Dövlət Yol Polisi əməkdaşlarının ticarət mərkəzinin qarşısında avtomobillərin park edilməsinə qoyduqları qadağa səbəb olub. Müxbirimiz bildirir ki, aksiyada iştirak edənlərin əksəriyyəti ticarət mərkəzində çalışanlar olub: “Onları məcbur edirlər ki, parkomantlar olan yerdə avtomobillərini saxlasınlar. Satıcılar isə bildirirlər ki, hər gün 10 saat bazarda al-ver edirlər bunun üçün də parkomata gündə 5-6 manat ödəməyə gücləri çatmır. Hadisə yerinə Nizami rayonuna yeni təyin edilən icra başçısı Arif Qasımovun gəldiyi və aksiya keçirənlərə onların avtomobillərinin dayanacaq məsələsi əvvəlki qaydada öz həllini tapacağına dair söz verdiyi deyilir”. Azinforum.az hadisə yerindən çəkilən özəl videokadrları təqdim edir. Geri qayıt |