Əsas Səhifə > Cəmiyyət, Manşet > Alimpaşa Məmmədovun aləmə paşalıq niyyəti və...
Alimpaşa Məmmədovun aləmə paşalıq niyyəti və...8-10-2015, 08:54 |
Alimpaşa Məmmədovun Şəmkirə rəhbər təyinatından bir il ötür. Ötən il oktyabrın 8-də Şəmkir rayon icra başçısı sabiq vergi rəisi təyin edildi. TİA.AZ-a daxil olan xəbərdə bildirilir ki, A.Məmmədov ötən bir ildə sərt çıxışları, idarə rəhbərlərini tənqid etməyi ilə diqqət çəkib. Vəzifəyə gəldiyi ilk gündən RİH-nin bir neçə əməkdaşı işdən qovulub. İcra başçısı müavini, idarəetmədə əsas fiqura çevrilən Sona Əliyevanın əli ilə bu işləri “sahmana” salıb. Əvəzində YAP-ın deputatlığa namizədi olan S.Əliyevanın təklifləri ilə heç bir təcrübəsi olmayan gənclər işə qəbul edilib. Rayonda TİA.AZ-a göndərilən məktubda qeyd olunub ki, 19 yanvar 2015-ci il İcra Başçısı yanında Şurada fəaliyyətində buraxdığı ciddi nöqsanlara, maliyyə pozuntusuna və səriştəsizliyə görə Pərvin Teymuraz oğlu Gözəlov işindən azad edilib. Onun əvəzinə İcra Hakimiyyətinə qısa müddət ərzində işləmiş Emin Həsən oğlu İsmayılov təyin olunub. Emin İsmayılov haqqında isə sosial şəbəkələrdə ətraflı məlumat var. Pərvin Gözəlov bu qədər nöqsanlardan sonra Şəmkir Statistika İdarəsinə müdir təyin olunub. Lakin Şəmkir prokuroru Allahverdi Novruzovun "əməyi" nəticəsində öz yerinə bərpa olunur. Sonradan isə Alimpaşa Məmmədovun təzyiqi ilə işdən uzaqlaşdırılır. Onun yerinə 12 saylı Vergilər İdarəsinin rəis müavini Rəşid müəllim təyin olunur. O isə Şəmkirin altını üstünə çevirir. Kadr islahatlarının davamı olaraq Su və Meliorasiya təsərrüfatı idarəsinin müdiri Vaqif Şəmkirçay Dəryaçasına müdir, yerinə isə Sahib təyin edilir. İcra başçısı DSMF müdiri Azad müəllimi, ƏƏSM müdir yerinə isə mühasibi Mərdan müəllimi təyin etdirir. Şəmkir polis şöbəsinin rəisi Şükür Mehdiyevlə arasında yaranmış ciddi konflikt nəticəsində Mehdiyev Narkomaniya İdarəsinə rəis müavini təyin olunur. Onu vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun qardaşı Cəmil Əmirov əvəzləyir. Ölkə rəhbərliyi bilsin ki Şəmkirdə insanlar üsyan həddindədir”. Məktub müəllifi Şəmkirdə daha nələr baş verməsini anons edib: 1 Müseyib Vəliyev insanların milyonlarla vəsaitini mənimsəyib, qeyri qanuni torpaqları satıb, Dəllər qəsəbəsinin icra nümayəndəsi oldu ? 2 Sona Əliyeva Emin İsmayılov cütlüyü Şəmkirdə nələr etdi ? 3 Sona Əliyeva necə YAP siyahısına düşdü ? 4Qüdrət Əliyev necə öz kadrlarını başçının köməkçisi və müavini təyin etdirdi? 5 Məcid Şıxlinski təhsil şöbəsini necə alver ocağına çevirib ? 6 XXI əsr adlı İctimai Birlik Şəmkirin idarələrinin büdcələrini necə talan edir ??? 7 İcra Hakimiyyətində işçilərə verilən "paketlər" haradan gəlir? Geri qayıt |