Əsas Səhifə > Cəmiyyət, Manşet > Mikayıl Cabbarov bu ali təhsil ocağında "budama işləri" aparmalıdır...

Mikayıl Cabbarov bu ali təhsil ocağında "budama işləri" aparmalıdır...


9-10-2015, 11:33
Mikayıl Cabbarov bu ali təhsil ocağında "budama işləri" aparmalıdır...
2013-cü ildən bu ali təhsil müəssisəsinə rəhbərlik edən Akif Süleymanovun fəaliyyəti yerli ictimaiyyət tərəfindən tamamilə qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Halbuki, hələ iki il bundan öncə bu təyinatın sözügedən ali təhsil ocağında gedən mütərəqqi proseslərə yeni dinamika gətirəcəyi gözlənilirdi. Lakin aradan keçən keçən iki il ərzində Texnologiya Universitetinin fəaliyyəti ölkə mətbuatında dərc olunan materiallarda yalnız neqativ qiymətləndirmə ilə diqqəti cəlb etmiş oldu. Həmçinin qəzetimizdə dərc etdiyimiz yazılarda da qeyd olunmuşdu ki, daxil olan məlumatlarda Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır. Universitet daxilində olan mənbələr isə iddia edirlər ki, bu ali tədris müəssisəsində yaranmış xoşagəlməz durum həm də Akif Süleymanovun yürütdüyü tolverilməz kadr siyasətilə bağlıdır. Bu xüsusda aldığımız açıqlamalarda deyilir: “1992-ci ildən universitetdə kök salan radikal müxalifət təmsilçiləri indi də burada böyük imtiyaz və səlahiyyətlərə malikdirlər. Onlar istədikləri formada öz ideyalarını çəkinmədən təbiğ edirlər. Təkcə Surət Hüseynovun qiyamı zamanı tam gücü ilə Heydər Əliyevə qarşı çıxış edən Namiq Əsgərovun hələ də universitetdə aparıcı vəzifələrdən birində-kafedra müdiri vəzifəsində qalması, bu deyilənlərin əyani təsdiqidir. Nəzərə almaq lazımdır ki, bu hal Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində bir çox neqativ məqsədlər üçün istifadə olunur. Namiq Əsgərov 1993-94-cü illərdə rektor, 2013-cü ilə kimi Standartlaşdırma və Texnoloji Maşınlar fakültəsinin dekanı və hazırda isə kafedra müdiri kimi fəaliyyətdədir. Eyni zamanda da bu kafedra müdiri rektor Akif Süleymanovun sağ əlidir. Çünki bu adam almağı, verməyi, siyasi alveri çox gözəl bilir, bildiklərini də rektora səxavətlə öyrədir. Akif Süleymanovun məsləhətçisi Rəfael Maçanov isə rektorun həmkəndlisidir və özünün məsləhətə ehtiyacı olduğu halda məsləhətçi vəzifəsini tutub. Halbuki, onun təqaüdə çıxmaq vaxtı çoxdan çatıb...” Eləcə də təqdim olunan açıqlamalarda universitetdə yaşanan ciddi problemlərdən biri kimi, işə qəbul məsələləri ilə bağlı yol verilən qanun pozuntuları göstərilir: “Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb...” Bu arada isə, universitetdə yer almış çeşidli qanunsuzluqlar nədənilə müxtəlif instansiyalara müraciət edən tələbələrin narazılıqları da durmadan artır. İddialara görə, bu gün Texnologiya Universitetində pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Artıq qeyd olunduğu kimi, burada bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Həmçinin məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata “aylığa” buraxır...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt