Əsas Səhifə > Cəmiyyət, Manşet > Mirkazım Abbasov neftçilərin boğazına kimləri şərik qoşur...

Mirkazım Abbasov neftçilərin boğazına kimləri şərik qoşur...


12-10-2015, 10:27
Mirkazım Abbasov neftçilərin boğazına kimləri şərik qoşur...
DİA.AZ: - Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin "Neftqaztikinti" Trestinin ləğv edilərək idarəyə çevrilməsi ilə bağlı qərarı deyəsən, Mirkazım Abbasovun şəxsi büdcəsinə xeyli ziyan vurub.Bu ehtimalı səsləndirməyimizə əsas verən odur ki, müasir gəlir vasitələri kimi istifadə etdiyi ştatlarını bir-bir qurban verir. Məlum qərardan sonra keçmiş trestin strukturunda hansısa idarələrin fəaliyyətində şübhəsiz ki, müəyyən korrektələr aparılacaq. Mirkazım Abbasovun ştatda saxladıqlarının həmçinin 500 nəfərdən artıq rəhbər işçinin əsl zəhmətkeş neftçilərin halal haqqına ortaqlığı aradan qaldırılacaq. Aparılan təhlillər göstərir ki, Mirkazım Abbasovun tresti SOCAR içində bir müstəqil qurum kimi fəaliyyət göstərib. Müdirin xaricdə SOCAR-a paralel qurumları təsis etməsi də yolverilməzdir.

DİA.AZ xəbər verir ki, Gürcüstanda SOCAR-ın nümayəndəliyi fəaliyyət göstərirsə, görəsən,bu quruma daxil olan "Neftqaztikinti" trestinin Gürcüstan nümayəndəliyinin yaradılması hansı zərurətdən irəli gəlib? Abu Dabi Filialının yaradılmasında da oxşar məqam var.Bu cür sualların sırasını genişləndirmək də olardı. Trestdə işçi sayında da uyğunsuzluq yox deyil. Xəbər verdiyimiz kimi, 4113 nəfərlik işçi heyəti olan trestdə hər 5 işçidən biri rəhbər vəzifədə çalışır ki,onlardan da 7 müavin və bir köməkçi rəisin ən etibarlı komandasını formalaşdırır. Keçmiş trestin strukturuna bir daha nəzər salaq. İdarəyə çevrilməzdən öncə "Neftqaztikinti" tresti "Günəşli", "Neft Daşları", Səngəçal-Duvannı yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda hər növ podratçı xidməti göstərib. Trestin tərkibinə daxil olan 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi kimi stukturları SOCAR miqyasında bir araya gətirərək xeyli vəsaitə qənaət etmək pis olmazdı. Bundan əlavə, bir ilginc məqama da diqqət yetirməyi lazım bilirik. Yəqin ki, trestin çoxsaylı idarə və departamentlərində hər rəisin öz katibəsi olduğu kimi, trestin 7 müdir müavininin də öz katibəsi olmamış deyil. Bu sayın da üstünə trestin şöbə müdirlərinin katibələrinin də sayını əlavə etdkdə, "Neftqaztikinti"də görün nə qədər katibə çoxluğu ortaya çıxır. Belə olan halda Mirkazım Abbasovu saxlayıb soruşmazlarmı, ay müdir, bu qədər katibəni kimin hesabına saxlayırsınız? Olmaya, bu katibələri də bəyənib bir masa arxasında oturmağı belə özünüzə rəva bilmədiyiniz sadə və zəhmətkeş neftçilərin boğazına ortaq etmisiniz? ARDNŞ prezdenti yəqin ki, bu məqamlara ciddi diqqət yetirəcək. Yeni idarənin struktur dəyişikliklərini nəzarətdə saxlayacaq.

Hazırda bu sahədə vəziyyətlə bağlı konkret bir məlumat verə bilməsək də, son tədbirlərin Mirkazım Abbasovun ovqatına xeyli dərəcədə mənfi təsir göstərdiyini qeyd etməliyik. Lakin onu da əlavə edək ki, iş trestin idarəyə çevilməsi ilə bitmir. Bu qərardan sonra funksiyaları bir-birini təkrarlayan lazımsız şöbələrin və departamentlərin ləğv edilməsi qaçılmaz olacaq. Lakin gözləmək olar ki, Rövnəq Abdullayev Mirkazım Abbasovun idarəsinin sonrakı fəaliyyətinin davam etdirilməsinə ehtiyac görməyəcək. Bu gözlənti bir tərəfdən ARDNŞ-da gedən ixtisarların fonunda yerinə düşə bilərdisə, digər tərəfdən, Neft Şirkətinin idarələrində bir növ canlanma yaradardı. Əlbəttə, belə canlanma fəhlələrin xeyrinədirsə, Mirkazım Abbasova sərf etməyə bilər. Çünki, bir sıra rıçaqlardan idarə rəisi məhrum edilmiş olur. Məsələyə bu aspektdən yanaşdıqda, tabeliyindəki işçilərə qarşı biganəliklə Mirkazım müəllimin özünü kollektivə qarşı qoyduğu sezilir. Ona görə də, inanırıq ki, "Neftqaztikinti" trestinin idarəyə çevrilməsindən sonra yaranmış situasiyada fəhlənin özünə yeni müdir seçmək hüququna da hörmətlə yanaşılacaq. Çünki, Mirkazım Abbasovun yeni şəraitdə kollektivin etimadını qazanacağı mümkün görünmür.

(Ardı var)

Geri qayıt