Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçısı kimlərlə anlaşıb?
İcra başçısı kimlərlə anlaşıb?19-10-2015, 09:32 |
Son aylar bioqrafiyasına müxtəlif siyasi və məişət qalmaqalları bir-birinin ardınca sıralayan Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və onun yerli komandası hakim dairələrin hədəfinə gəlib. Bu barədə Mia.az-a daxil olan məlumata görə, rayonda ciddi skandallara imza atan, özünü icra başçısından daha çox "Polad Ələmdar" kimi aparan icra başçısı ilə bağlı yuxarı dairələrdə həddən artıq bədbin jikir formalaşıb: "Vergilər naziri Fazil Məmmədova arxayın olaraq özünü statusuna uyğun apara bilməyən icra başçısı artıq ona ediləcək güzəş limitini tükədib. Bunu onun diqqətinə sərt şəkildə də çatdırıblar. Hətta mətbuatda Şəmkirdəki rüsvayçı olayların sıralanacağı təqdirdə, Alimpaşa Məmmədov və onun dikbaş komandası ilə bağlı daha kəskin ölçü götürüləcəyi də sirr deyil. Elə bunu nəzərə alan Allimpaşa Məmmədov və onun ictimai-siyasi tədbirlərini maliyyələşədirən müavini ilə idarə rəisi artıq bir sıra mətbu orqanları ilə gizli anlaşmaya gediblər. Yəni müəyyən maliyyənin qarşılığında Şəmkirdəki neqativ hallar, o cümlədən Alimpaşa Məmmədovdan tənqidi materialların çapı bəlli media orqanlarında əngəllənib. Diqqətçəkən məqam budur ki, anlaşmadan yararlanan rayonun bəzi vəzifəli şəxsləri Alimpaşa Məmmədovdan daha çox, özlərinin təbliği ilə məşğul olurlar. Bu isə Alimpaşa Məmmədovun təmsil olunduğu qruplaşmanın da diqqətindən qaçmayıb". Məlumatlı şəxs deyir ki, Alimpaşa Məmmədovun himayəçisi nazir Fazil Məmmədovu ən ağır şəkildə "vuran" media ilə anlaşması vəziyyəti bir qədər də mürəkkəbləşdirib: "Artıq Fazil Məmmədovun ətrafında bununla bağlı şübhəli rəylər yaranıb. Yəqin ki, Alimpaşa Məmmədovun bu əməli ona daha başa gətiriləcək...". Geri qayıt |