Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağsuda sular bulanıq axır...
Ağsuda sular bulanıq axır...5-11-2015, 10:50 |
DİA.AZ: - Ağsu rayon icra hakimiyyətində vəziyyət hər an qarışa bilər. Bu barədə DİA.AZ-a RİH-dəki qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu və himayəsində olan icra başçısı Ənvər Seyidəliyev müavinlərindən birinin onun yerinə keçməyə tədarük görməsindən şübhələnir. Mənbənin dia-az.life-a söylədikləri: "Konkret olaraq Seyidəliyevin şübhəsi birinci müavini Rasim Novruzovla bağlıdır. Başçı ehtiyatlanır ki, Novruzovu onun yerinə gətirə bilərlər. Çünki son parlament seçkilərində "yuxarılar" Seyidəliyevlə yox, məhz Novruzovla prosesə nəzarət etməyə çalışdılar ki, bu da başçıda ciddi şübhələrə yol açıb". Mənbə bildirir ki, əslində Rasim Novruzovun adının buna qədər də potensial icra başçısı kimi dövriyyəyə buraxılması Ənvər Seyidəliyevin şübhələrinin dərinləşməsinə nədən olub: "İndi nə iş olsa da, başçı müavininə etibar etmir,etimad göstərmir. Belə bir vəziyyət isə uzunmüddətli ola bilməz. Hər an vəziyyət qarışa bilər". Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.. Geri qayıt |