Əsas Səhifə > Cəmiyyət, Manşet > Seçki günü görünən icra hakimiyyəti işçiləri fəlakət vaxtı yoxa çıxıb...

Seçki günü görünən icra hakimiyyəti işçiləri fəlakət vaxtı yoxa çıxıb...


6-11-2015, 10:49
Seçki günü görünən icra hakimiyyəti işçiləri fəlakət vaxtı yoxa çıxıb...
Bir neçə gün əvvəl Cənub bölgəsində yağan güclü yağışlar Lənkəran və Masallı rayonunun kəndlərinə ciddi ziyan vurub. JAM.AZ xəbər verir ki, dünən məlum olub ki, Masallının daha bir kəndi yağan yağışların yaratdığı sel sularından ciddi ziyan görüb.

Belə ki, rayonun Güllütəpə kəndinin aşağı hissəsindən keçən çayın daşması nəticəsində ərazidə yaşayan sakinlərə məxsus tövlələr, toyuq hinləri və əkin sahələrini su aparıb. Bundan əlavə, bir çox evlərin içinə də su girib və mənzillərə zərər vurub. Kənd sakinlərinin dediyinə görə, indiyə qədər onlarla kimsə maraqlanmayıb. Masallı İcra Hakimiyyətinin rəsmilərini sonuncu dəfə seçkilər günü ərazidə gördüklərini bildirən Güllütəpə camaatı, yaranmış problemin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarından yardım istəyiblər.

Geri qayıt