Əsas Səhifə > Cəmiyyət, Manşet > Oğlu həbsdə olan ana ağır durumundan şikayətçidir...
Oğlu həbsdə olan ana ağır durumundan şikayətçidir...10-11-2015, 09:46 |
DİA.AZ: - Füzuli Rayonu 2 saylı Zovcuq qəsəbəsi ev 356-da məskunlaşmış məcburi köçkün Məmmədova Tovuz Əli qızı tərəfindən DİA.AZ-a şikayət məktub7u ünvanlanıb. Narazı vətəndaş yazır: "Bu şikayət məktubumda yazıb Sizə bildirirəm ki, Ali Məhkəmənin 07 yanvar 2014-cu il tarixli qərarı qanunsuz olaraq icra edilmir ki, buna görə məhkum oğlum Dünyamalıyev Oktay Yəhya oğlunun hüquqları pozulmuş, süründürməçiliyə məruz qalmışıq. Belə ki, Alı Məhkəmənin 1(102)-14/2014 saylı 07 yanvar 2014-cü il tarixli qərarı ilə oğlum Oktay Yəhya oğlu Dünyamalıyevin kasasiya şikayəti qismən təmin edilmiş onun Azərbaycan Republikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət iişi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 02 iyul 2012-ci il tarixli qərarı dəyişdirirlmiş. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmündən maddi subut kimi tanınmış Nərimanov Rayon Polis İdarəsininin Maliyyə Plan Şöbəsinə təhvil verilmiş 3000 ( üç min ) ABŞ dollarınin dövlət nəfinə müsadirə edilməsi müddəalarının xaric edilməsi qət etilmişdir.Ancaq buna baxmayaraq Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarı indiyə qədər qanunsuz olaraq icra edilməmişdir ki, bu ciddi saxtakarlıq qanunsuzluq faktıdır.Bir qrup vəzifəli şəxslər oğluma məxsus 3000 ABŞ dolları pulu mənimsəmişdilər". Daha sonra narazı ana dia-az.life-a yazır: "Oğlum Oktay bu barədə dəfələrlə müvafiq orqanlara ərizələrlə müraciət etsədə heç bir tədbir görülməmişdir.Əgər oğlum Oktay Dünyamalıyev cinayət törədibsə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib .Hökm icra edilir oğlum 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.Bəs nə üçün Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarı icra edilmir ? Belə çıxır ki, qanun ancaq bizim kimi kasıblar üçündür, oğlumun pulunu müsadirə etmiş vəzifəli şəxslər üçün isə heç bir qanun qayda yoxdur ? Bildirim ki, oğlum Oktay həbs edilən zaman cibindən götürülmüş 3000 ABŞ dolları pulunu müsadirə etmişdilər.Özüm ağır xəstəyəm, oğlum Oktay həbs yerində infarkt keçirib, Oktayın həlat yoldaşı onkoloji xəstədir.Həmin müsadirə edilmiş 3000 ABŞ dolları pulda həmin vaxtı gəlnimin müalicəsi üçün borc alınmışdır.Bu haqsızlıqdır, özbaşınalıqdır, cinayət əməlidir ki, Ali Məhkəmənin qərarı ilə müsadirə edilmiş pulun sahibinə qaytarılması qət edilib ancaq qərar icra edilmir.Bir qrup cinayətkar vəzifəli şəxslər pulu mənimsəyiblər qaytarmaq istəmirlər, Ali Məhkəmənin qərarını icra etmirlər.Bu boyda qanunsuzluq olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 129 - cu maddəsinə əsasən Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm; Xahiş edirəmn Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarıni qəsdən icra etməyən vəzifəli şəxslər barəsində qanunu tədbirlər görəsiniz və müsadirəsi ləğv edilmiş 3000 ABŞ dolları pulumuzun özümüzə qaytarılmasına kömək edəsiniz". Geri qayıt |