Əsas Səhifə > Cəmiyyət, Manşet > Əkbər Hacıyevin Ucardakı adamlarından ŞİKAYƏT...
Əkbər Hacıyevin Ucardakı adamlarından ŞİKAYƏT...16-11-2015, 09:35 |
DİA.AZ: - Redaksiyamıza şikayət edən Ucar rayonu Nəsimi küçəsi ev 169 da yaşayan İbrahimova Saniyə Firudin qızı "Azəriqaz" əməkdaşlarından narazıdır. DİA.AZ vətəndaşın müraciətini təqdim edir: "Ucar rayon Qaz İstismar İdarəsinin əməkdaşlarının saxtakarlığı nəticəsində sayğaca müdaxilə adı ilə yaranmış borca görə xəttimizi kəsmək istəyirlər ki, buna görə çox narahatam. Bizim tərəfimizdən qaz sayğacına heç bir müdaxilə edilməyib. Bütün bu saxtakarlıqları Ucar Rayon Qaz İstismarı İdarəsinin Ayaz adlı keçmiş əməkdaşı etmişdir.Belə ki, təxminən 1 il 6 ay bundan əvvəl sahə üzrə nəzarətçi işləyən Ayaz adlı əməkdaş sayğacımıza müdaxilə olunduğunu deyib bizdən 40 manat pul aldı.Bundan sonra hər ay işlətdiyimiz qazın pulunu ödəmişik.İndi isə bizə bildirirlər ki, siz sayğaca müdaxiləyyə görə cəriməni ödəmisiniz, ancaq sayğacın pulunu ödəməmisiniz ki, indi də buna görə 96 manat ödəməlisiniz.Bildirirəm ki, 1 il bundan əvvəl sayğacın qiyməti 45 manat olub ki, biz bu pulu Ayaz adlı əməkdaşa vermişik.Həmin adamıda işdən çıxarıblar. Sonradan bizə bildirdilər ki, orada işləyən bəzi işçilər qaz sayğaclarına özləri kələk edib saxtakarlıqla vətəndaşları soyurlar". Daha sonra narazı vətəndaş dia-az.life-a yazır: "Ayaz adlı əməkdaş belə saxtakarlıqla əldə etdiyi pulu Qaz İstisnar İdarəsinin rəhbərliyindən gizlətdiyi üçün onu işdən qovublar.Ancaq həmin saxtakarlıq yenə davam etdirilir.Ucar rayon Qaz İstismar İdarəsində qanunsuzluq özbaşınalıq baş alıb gedir ki, buna görə rayon sakinləri çox əziyyət çəkirlər.Özüm birinci qrup əlil olmasqla yataq xəstəsiyəm. Onurğa sütununun sinir damarının tutulması xəstəliyinnə görə yeriyə bilmirəm. İndi isə Ucar rayon Qaz İstismar İdarəsinin əməkdfaşları qaz xəttimizi kəsəcəkləri barədə bizə xəbərdarlıq ediblər, buna görə çox narahatam.Azərqaz ASC-nin 185 nömrəli qaynar xəttinə etdiyim zənglərə dəqiqələrlə gözləsəmdə cavab verilmir.Mən mətbuat vasitəsi ilə ARDNŞ Prezidenti cənab Rövnəq Abdullayevə və Azərqaz ASC-nin sədri cənab Əkbər Hacıyevə müraciət edib xahiş edirəm bu saxtakarlığıaraşdırıb qanunu tədbirlər görəsiniz.Ayaz adlı əməkdaşı işdən saxtakarlığa görə yox, müdirdən pul gizlətdiyi üçün qovublar.Həmin saxtakarlıqlar orada yenə davam edir.Xahiş edirəm kömək edin". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |