Əsas Səhifə > Cəmiyyət, Manşet > Yasamalın icra başçısı özünü çətin duruma saldı...
Yasamalın icra başçısı özünü çətin duruma saldı...17-11-2015, 10:47 |
“Balanslaşdırılmış siyasət, uğurlu inkişaf” bu sözlər respublikanın prezidenti cənab ilham Əliyevə məxsusdur. Qeyd edək ki, prezident çıxışında iş yrelərinin açılması və gənclərin işlə təmin edilməsi kimi vacib məsələlərin dövlət qarşısında prioritet məsələ kimi durması və bunların həlli istiqamətində aparılan işlərin müsbət nəticələrini daima ifadə edərək işsizliyin minimuma endirləcəyini bir vəzifə olaraq vurğulayır. Amma məmur övladlarının Azərbaycanı bəyənməyib yaşamaq üçün xarici dövləti seçməsi adi hala çevrilib. Burda bir neçə variant üzərində təhlil aparmaq olar. Birncisi məmur qazandığı çirkli moloyonları xaricdə müxtəlif işlərə yatırır və sonradan böyük bir iş adamına çevrilir. Həmin valyuta Azərbaycana sərbəst şəkildə qaytarılır. Məmur pullarının təhlükəsiz yerdə olduğuna təminat yaradır. Və beləliklə də Azərbaycanın büdcəsindən oğurlanan milyonlar sərbəst şəkildə meydana çıxarılır. Elə Yasamalın icra başçısı da sözügedən məmurlardandır. İbrahim Mehdiyev: “Mənim oğlum yaxşı mütəxəssisdir, burda özünə iş tapa bilmədi, indi Londonda yaşayır, işlə təmin edilib”. Bu sözləri əməkdaşımızla söhbətində başçı ifadə edib. Başçı nəzərə almayıb ki, səsləndirdiyi fikirlər Prezidentin siyasətinə ziddir. Başçını bu sözlərinin səmimiliyə nə dərəcədə yaxın olması şübhə doğurur. Hətta, Yasamal icra hakimiyyəti nin başçısını baxıcıya tez-tez müraciət etdiyi daxil olan məlumatlar sırasındadır. Verilən məlumata görə sonuncu ziyarətdə baxıcı başçı barədə bədbin proqnoz verib. Bu da başçının halını pərişan edib. Bu barədə növbəti yazımızda. (azerbaycaninfo.az) Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq. Geri qayıt |