Əsas Səhifə > Cəmiyyət, Manşet > Əməliyyat pulunu geri tələb edən Ucar sakini aclığa başladı
Əməliyyat pulunu geri tələb edən Ucar sakini aclığa başladı1-12-2015, 11:41 |
DİA.AZ: - Redaksiyamıza yazan Ucar rayonu H.Əliyev küçəsi ev 67 sakini pensiyada olan ali təhsilli müəllimə Məcidova Almaz Kazım qızı yenidən müraciət etməsində səbəb kimi haqqının bərpa olunmadığını göstərir. Narazı vətəndaşın DİA.AZ-a ünvanlanan müraciətində bildirilir: "Uğursuz cərrahiyyə əməliyyatı ilə həyat yoldaşımın ölümünə səbəb olmuş Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitsalının həkimi Ruslan Pişanov bizdən aldadıb aldığı 8000 manat pulumuzu geri qaytarmamasına etiraz olaraq bu gündən aclıq aksiyasına başlamışam. 3 ildir ki, çoxlusayda şikayətlər etməyimə baxmayaraq bu saxtakar həkimimin barəsində heç bir tədbir görülmür.Ço təssüf olsun ki, onların talançılığı, saxtakarlığı barəsində mərkəzi orqanlara etdiyim şikayət ərizələrim qanunsuz olaraq onların özünə göndərirlər.Axı bu saxtakarlar özləri barədə hansı tədbir görə bilərlər ki ? Onlar isə hər dəfə mənə ancaq eyni məzmunlu başdansovdu cavab məktubu göndərib qeyd edirlər ki, müalicə üçün ödədiyiniz 8000 manat pul xəstəyə göstərilmiş tibbi xidmət müqavilində tam olaraq məsrəflərə xərclənmişdir və xəstə ilə bağlanmış müqavilədə qeyd olunduğu kimi geri qaytarılmır. Bildirirəm ki, həmin müqaviləyə əsasən həmin xəstəxananın palatasının bir günü 200 manat olmaqla xəstəmiz cərrahiyyə əməliyyatından sonra 12 gün xəstəxanada qalmalı idi . Bundan başqa həmin puldan xəstənin müalicəsi üçün dərman peraparatlarıyla da təmin edilməli idi ki, buda hesablananda həmin məbləğin 80 % edir.Ancaq həkim savadsızlığının və səriştəsizliyinin nəticəsində həyat yoldaşım Mərkəzi Gömrük Hospitalında cəmi 16 saat olmuşdur. Belə olan halda Mərkəzi Gömrük Hospitalı 8000 manatın hamısının hansı məsrəflərə xərclədiyini əsaslandıra bilmir ki, buda onların saxtakarlıqla halal pulumuzu mənimsədiklərini və cavab məktubunda yalan qeyd etdiklərini subut edir. Mən bu saxtakarlığa , özbaşınalığa, korrupsiya cinayətlərinə etiraz olaraq bu gündən aclıq aksiyasına başlayıram.Aclıq aksiyası nəticəsində ölərəmsə bunun məsuliyyəti Mərkəzi Gömrük Hospitalının həkimi Ruslan Pişanovun üzərinə düşəcək.Necəki onun savadsızlığına görə həyat yoldaşım həyatını itirdi indi isə onun özbaşınalıqları nəticəsində mən həyatımı itirə bilərəm. Qeyd edim ki, həyat yoladaşım 1960-cı il tarixdə anadan olmuş Əzizov Sadıq Mirbağı oğlunun beyninə qansızmaya görə 16 iyul 2012-ci il tarixdə Mərkəzi Gömrük Hospitalında cərrahiyə əməliyatı edilməsi üçün həkim Ruslan Pişanov bizə bir dəfəyə 8000 manat pul ödətdirildi və söz verdi ki, 100 % əmin olun uğurlu əməliyyat keçiriləcək, xəstəniz sağalacaq.Təxminən iki saat keçirilən cərrahiyə əmliyatının uğurlu olduğunu bizə bildirsədə ancaq xəstəyə baxmağa, görüşməyə icazə vermədi, bizi tam arxayın etdi ki, hər şey yaxşıdır xəstə ayılıb danışır narahat olmayın gedin evinizə. Üstündən 5-6 saat keçdikdən sonra zəng edib bizə bildirdi ki, hospitala gəlin xəstənizin vəziyyəti pisləşib.Biz gəlsəkdə xəstə ilə görüşməyimizə icazə vermədi.Səhərə yaxın bizə bildirdi ki, xəstə dünyasını dəyişdi.Sonradan bizə məlum oldu ki, həyat yoldaşım elə cərrahiyə zamanı dünyasını dəyişib deyə bunu qəsdən bizdən gizlədib xəstə ilə görüşməyə buna görə icazə verməyib.Bunuda ona görə edib ki,hospitalın imicinə zərər dəyməsin, həmçinin pulumuzu mənimsəmək üçün.Çünki həkim Ruslan Pişanov həm səriştəsizdir, həmdə insanları beləcə aldadıb cibini soymaqla məşğuldur.8000 manat pulumuzu geri özümüzə qaytarılmasını istəsəkdə həkim Ruslan Pişanov bunun mümkünsüz olduğunu deyib bizi başından etdi.Həttda biz ondan proqrama əsasən cərrahiyə zamanı aparılan video çəkilişi istəsəkdə bunu bizə qəsdən təqdim etmədi.Qeyd etdiyim kimi ona görə ki, xəstəmiz cərrahiyə zamanı dünyasını dəyişmişdir.Bu ağ xalatlı cəlladın Allah cəzasını verəcək.Sağalması mümkün olan xəstəmizi səriştəsizliklərinə görə öldürdü, həm də 8000 manat pulumuzu mənimsədi.Bu haqsızlıq və qanunsuzluqdur ki, Gömrük Komitəsinin Mərkəzi Hospitalının saxtakar və savadsız həkimi Ruslan Pişanov edib. Sual olunur bizim xəstə günü 200 manata olan palatada qalmayıb, heç bir dava-dərman qəbul etməyib, cəmi 10 saat hospitalda olub və ən əsası həkim savadsızlığı, təcrübəsizliyi nəticəsində dünyasını cərrahiyə stolundaca dəyişibsə nəyə görə 8000 manatımızı geri qaytarmır. Özüm ali təhsilli ingilis dili müəlliməsiyəm, uzun illər orta məktəbdə işləmişəm,xəstəliyə görə pensiyadayam ikinci qrup əliləm.Aldığım təqaüdümlə qəpik-qəpik yığdığım pulumu savadsız həkim aldadıb mənimsəyib və ən əsası sağalması mümkün olan həyat yoldaşımı öldürüb. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm bizə kömək edin, bizi aldadıb 8000 manat pulumuzu alıb mənimsəmiş və savadsızlıqlarına görə sağalması mümkün olan həyat yoldaşımı öldürmüş Mərkəzi Gömrük Komitəsinin Mərkəzi Hospitsalının həkimi Ruslan Pişanovun barədə qanunu tədbirlər görəsiniz.8000 manat pulumuzun bu saxtakar həkimdən alınıb özümüzə qaytarılmaısnda bizə kömək etməyinizi sizdən çox-çox xahiş edirəm.Bir daha Vətəndaşlara bir müəllimə kimi müraciət edirəm ki, aldanıb Mərkəzi Gömrük Komitəsinin Mərkəzi Hospitsalına müraciət etməyin həm pulunuzu aldadıb alacaqlar, həm də sağlamlığınız ciddi təhlükədə olacaq, xahiş edirəm diqqətli və ehtiyatlı olun". DİA.AZ xatırladır ki, narazı vətəndaşın şikayətiylə bağlı Dövlət Gömrük Komitəsi xüsusi açıqlama yaymışdı. Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilirdi ki, həmin məlumatlarda vətəndaş Məcidova Almaz Kazım qızının şikayətinə istinadən Mərkəzi Gömrük Hospitalının həkimləri qeyri-peşəkarlıqda ittiham edilir və buna əsas olaraq adı çəkilən vətəndaşın həyat yoldaşı Əzizov Sadıq Mirbağı oğlunun cərrahiyyə zamanı dünyasını dəyişməsi hadisəsi göstərilir. "Eyni zamanda, məlumatlarda şikayətçinin xəstəyə göstərilmiş tibbi xidmət müqabilində Mərkəzi Gömrük Hospitalına ödədiyi məbləği geri ala bilmədiyi vurğulanır. Qeyd edək ki, M. Əzizov Mərkəzi Gömrük Hospitalına 05.07.2012-ci il tarixdə “ön birləşdirici arteriyadan subaraxnoidal qansızma” diaqnozu ilə qəbul edilib. Daxil olarkən vəziyyəti ağır, huşu soporoz vəziyyətdə olub. Hospitala daxil olduğu tarixdə xəstədə “beyin anevrizmasının endovaskulyar Coil embolizasiyası” əməliyyatı aparılıb. Xəstənin yaxınlarına tibbi xidmətin yüksək riskli olması barəsində məlumat verilib və xəstənin yaxını tərəfindən razılıq verildikdən sonra əməliyyat icra olunub. Xəstəyə göstərilmiş tibbi xidmət müqabilində ödənilən məbləğ məsrəflərə xərclənmiş və tərəflər arasında bağlanan müqavilədə qeyd olunduğu kimi, geri qaytarılması nəzərdə tutulmayıb. Onu da nəzərə çatdırırıq ki, məlumatlarda sözügedən “Fərəc Quliyev” adlı şəxs Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi vəzifəsində çalışmır və ümumiyyətlə, Hospitalın tibbi heyəti arasında bu adda şəxs yoxdur", - deyə məlumatda qeyd edilmişdi. Yenə də DİA.AZ olaraq qarşı tərəfi dinləməyə hazırıq... Geri qayıt |