Əsas Səhifə > Cəmiyyət, Manşet > Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir
Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir3-12-2015, 11:44 |
DİA.AZ: - Yaxın günlərdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ləğv edilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, ləğv edilən DSMF-nin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir. Mənbənin dia-az.life-a söylədikləri: "Artıq bu barədə DSMF-nin hazırki sədri Elman Mehdiyevə hökumətin adından müvafiz müraciət ünvanlanıb və həmin müraciətdə DSMF-nin ləğvetmə prosesinə hazırlanması üşün uyğun göstəriş və təlimatlar qeyd olunub". Bildirək ki, Elman Mehdiyev Səlim Müslümov ƏƏSMN-yə nazir təyin olunduqdan sonra DSMF-də rəhbər vəzifəsinə gətirilmişdi. İndi isə aydın olur ki, hökumətin növbəti "kəmərsıxma" siyasəti DSMF-nin ləğvini zəruri edib. Geri qayıt |