Əsas Səhifə > Cəmiyyət, Manşet > "Günəşli"də batan GÜNƏŞ bizi yandırdı...

"Günəşli"də batan GÜNƏŞ bizi yandırdı...


7-12-2015, 10:04
"Günəşli"də batan GÜNƏŞ bizi yandırdı...
DİA.AZ: - Bir faciəni də yaşadıq. "Günəşli"də qardaşlarımızı itirdik.

Əlləri qabar, mazutlu...

Onlar ailələrinin ruzisini bu ölkənin üzünü ağardan neftin qaramatından çıxaranlar idi...

Hamılıqla faciədə həlak olan oğullarımıza, batan günəşlərimizə ağladıq.

Dövlət olaraq, millət olaraq...

Keçmiş olsun.

Əslində Dövlətimizi vahid bir orqanizm hesab etsək, bu kimi faciələrin olmasını da Yaradanın bir normal yaşantısı kimi qəbul etməliyik. Necə ki insanın da zaman-zaman ağrıyan yeri olur... Eləcə də dövlətimizin də zaman-zaman ağladığı günlər olur...

Allah hər birinə rəhmət eləsin.

Bu gün dövlət olaraq ağlayırıq... Amma bir daha ağlamamığımız üçün bu faciələr bizə dərs olmalıdır...

Çünki bizlər bir millət olaraq ruhumuzu daha kədərə yox, sevincli günlərə kökləmişik.

Daha ağlamaqdan, ağırmaqdan yorulub bu millət. Biz Qarabağdan şad xəbər gözləyirik. Qarabağdan şad xəbərlərin gəlişi üçün səfərbər olmuşuq...

Və inşallah bu xəbəri də dövlət, millət olaraq qeyd edəcəyik...

Gözəl günlər arzusu ilə millətimizə və dövlətimizə bir daha "keçmiş olsun" deyirik...

DİA.AZ kollektivi...

Geri qayıt