Əsas Səhifə > Cəmiyyət, Manşet > Səlim Müslümovun Saatlıdakı adamından narazılıq var...
Səlim Müslümovun Saatlıdakı adamından narazılıq var...27-01-2016, 10:27 |
Ötən günlərdə xəbər vermişdik ki, Saatlı Dövlət Sosial Müdaifə Fondunun (DSMF) direktoru Hafiz Miriyev rəhbəri olduğu qurumu bazara çevirib. JAM.AZ-a verilən məlumata görə, rayonda pensiya almaq istəyən vətəndaşlara DSMF-də xüsusi «qiymət cədvəli» təqdim olunur və oradan edilən seçimdən sonra konkret işlər görülür. Təbii ki, bu işlərin müqabilində pensiya almaq istəyən şəxsdən pul alınır. Məlumatlara görə, Hafiz Miriyevin bu işlərindən bezar olan sakinlər bir neçə dəfə müvafiq dövlət qurumlarına şikayət etsələr də, yekunda fond müdiri vəziyyətdən çıxa bilib. Daha doğrusu, sözügedən şəxsin həbsdən xilas olmasının səbəbkarı MTN-dəki generallardan biri olub. JAM.AZ-a verilən məlumata görə, Hafiz Miriyevin yaxın qohumlarından biri MTN-in sabiq idarə rəisi, general Əlimusa Nağıyev olub. Əslən Saatlıdan olan sabiq idarə rəisi edilən şikayətlərdən sonra qohumunun həbs təhlükəsi ilə üzləşdiyini görərək, ona yardım edib. Nəticədə, Hafiz Miriyev vəziyyətdən çıxmaqla yanaşı, həm də vəzifəsində qalıb. Rayonda dolaşan söhbətlərə görə, Miriyevlə bağlı şikayətlər yenidən çoxalmağa başlayıb və işə artıq DSMF sədri Elman Mehdiyev qarışmalı olub. Lakin bu dəfə Saatlı DSMF-nin rəhbərinin durumunun daha ağır olacağı deyilir. Bildirilir ki, bu dəfə rəhbəri olduğu qurumda baş alıb gedən özbaşınalıq, korrupsiyaya görə Miriyevi heç kim xilas edə bilməyəcək. Çünki onun himayəçisi olan Əlimusa Nağıyev artıq MTN-də yüksək post sahibi deyil və general kimi də təsir imkanları yoxdur. P.S. Yaxın günlərdə Saatlı DSMF-nin sədri Hafiz Miriyevin pensiya işlərini düzəldən maklerlə aralarında olan söhbətin videogörüntüsünü yaymağa çalışacağıq. Həmin videogörüntülər artıq bizdədir, lakin dəqiqləşdirmə aparıldıqdan sonra oxucuların ixtiyarına verməli olacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |