SURİYA TÜRKİYƏYƏ MÜHARİBƏ ELAN EDİR?
Tarix: 29-06-2012, 13:27 |
Çap et
BƏŞƏR ƏSƏD TÜRKİYƏ SƏRHƏDİNƏ QOŞUN YERİDİR
Suriya ordusu Türkiyə ilə sərhədə 170 tank və digər hərbi texnika yığıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Zaman" qəzeti müxalif Azad Suriya Ordusunun generalı Mustafa əl-Şeyxin bəyanatına istinadən xəbər verir.
Əl-Şeyxin məlumatına görə, tanklar Hələb şəhəri yaxınlığındakı Musəlmiyyə kəndi ərazisində yerləşdirilib. Hələb Türkiyə ilə sərhəddən cəmi 30 kilometr aralıda yerləşir.