ERMƏNİSTANDA BİR NƏFƏRİ İKİ DƏFƏ QEYDƏ ALIRLAR
Tarix: 21-10-2011, 17:04 |
Çap et
«ERKİR» QƏZETİ BUNUN SƏBƏBLƏRİNİ İZAHLAYIB
DİA.AZ: - Ermənistanda milyon yarım əhali yaşayır - bu məlumat düşmən ölkədə dərc olunan müxalifyönlü «Erkir» qəzetində yer alıb.
Mənbə bildirir ki, hal-hazırda Ermənistan əhalisinin tən yarısı daimi qeydiyyatda olduğu ünvanda yaşamır: «Erməni hakimiyyəti vətəndaşların siyahıya alınmasında bir nəfəri iki nəfər kimi qeyd edir. Və bundan sonrakı dönəmlərdə - parlament və yaxud da prezident seçkiləri zamanı ehtiyacında olduğu saxtalaşdırmada istifadə edir».
Onu da bildirək ki, Ermənistan hakimiyyətinin açıqladığı rəsmi məlumatlara görə, hal-hazırda düşmən ölkənin 3 milyon 200 min vətəndaşı var.