"İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ BİR YERDƏ OLA BİLMƏZ"
Tarix: 4-07-2012, 12:59 | Çap et
BUNU TAHİR ABBASLI DEYİR
“Son günlər bu iki partiyanın nümayəndələrinin gizli adlarla sosial şəbəkələrdə bir-birilərini təhqir etmələri də bunu sübutdur”
“İqtidara ədalət dərsi keçmək istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var”
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının “OLAYLAR”-a müsahibəsi
-Tahir bəy, hazırda Azərbaycan müxalifətinin durumunu necə qiymətləndirirsiniz? -Azərbaycan müxalifətinin durumu çox ağırdır. Bu gün müxalifət ağır günlər keçirir. Hazırda müxalifətin yenidən bölünmə prosesinə şahidlik edirik. Onları bir araya gətirən qüvvə 2013-cü il prezident seçkiləri yaxşınlaşdıqca müxalifətin bölünmə prosesini işə salır. Ona görə də hər hansı durumu dəyərləndirmək çətindir. Etiraf etmək lazımdır ki, bu gün özünü ana müxalifət adlandıranlar cəmiyyətdən çox uzaq düşüb.
-2013-cü il seçki ili olmasına baxmayaraq bu gün müxalifət partiyaları seçkilərə hazırlıqdan daha çox qarşılıqlı ittihamlar, birincilik uğrunda mübarizəyə üstünlük verir. Bu amil müxalifətin 2013-cü il seçkilərində də məğlub olacağından xəbər vermirmi? - Bu müxalifətin köhnə şakəridir. Müxalifət əvvəl olduğu kimi, indi də cəmiyyətdən gələn sifarişləri deyil, öz maraqlarına xidmət edən siyasət yürüdür. Buna bir sıra konkret örnək də göstərmək mümkündür. İctimai Palata adı altında fəaliyyət göstərən qurum Azərbaycan cəmiyyətində inam qazana bilmir. Çünki digər qüvvələri, onların fikirlərini nəzərə almaq istəmir. Bu mənada İctimai Palata formatındakı fəallaşma effekt vermir. Əksinə İctimai Palatanın bu cür fəaliyyəti hakimiyyətin dəyirmanına su tökür. Bu gün müxalifətin mübarizəsində fikirlərə, ideyalara yer yoxdur.
-Özünü aparıcı müxalifət kimi qələmə verən İctimai Palatada müəyyən problemlərin yarandığı, hətta bu qurumun dağılma ərəfəsində olduğu bildirilir. Siz bu barədə nə deyə bilərsiniz? -Bir müddət əvvəl müxalifət düşərgəsinin durumunu təhlil edərkən demişdim ki, müxalifətin ağsaqqalı yoxdur. Bildirmişdim ki, iqtidara ədalət dərsi keçmək istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var. Həmçinin onu da qeyd etmişdim ki, ağsaqqal rolunu Alternativ Parlament oynaya bilər. Düzdür, müxalifətin bir neçə partiyası parlament seçkilərindən sonra İctimai Palata adlı qurum yaratdı. Amma müşahidələrə əsasən deyə bilərəm ki, bu qurum nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil. Müxalifət İctimai Palata yaratmaqla düşərgədə olan qarışıqlığı aradan qaldırmaq istəsə də, lakin bu münkün olmadı. Çünki hazırda İctimai Palata bir neçə nəfərin inhisarındadır və adıçəkilən qurumda çox komik bir səhnə yaranıb. Palatada ictimailikdən əsər-əlamət yoxdur. Hesab edirəm ki, onun adını Xüsusi Palata qoysalar daha yaxşı olardı. Əslində İctimai Palata müxalifət düşərgəsində olan problemləri bir daha ortaya qoymüş oldu. Bəlli oldu ki, özünü ana müxalifət hesab edən qüvvələr belə bir-birilərinə güvənmir. Məlum oldu ki, həmişə olduğu kimi dialoq alınmır. Dəfələrlə birləşib ayrılan İsa Qəmbərlə Əli Kərimli bu dəfə də bir yerdə ola bilməyəcəklərini ortaya qoydular. Son günlər hər iki partiyanın nümayəndələrinin gizli adlarla sosial şəbəkələrdə bir-birilərini təhqir etmələri də bunu sübutdur.
-Son vaxtlar İctimai Palata kütləvi aksiyalara da ara verib. Sizcə, bu cəmiyyətin həmin aksiyalara maraq göstərməməsi ilə bağlıdır? -Əvvələdn də bu fikirdə olmuşam ki, İctimai Palata mitinqlər təşkil etməməli idi. İctimai Palata əslində problemlərin müzakirə mərkəzinə çevrilməli idi. Burada müxalifətin problemləri ilə yanaşı ölkənin üzləşdiyi problemlər də müzakirə olunmalıydı. İctimai Palatada təmsil olunan inhisarçılar isə qurumu mitinq ruporuna çevirmək istəyir. Göründüyü kimi bu da alınmır. Hesab edirəm ki. bundan sonra daalınmayacaq. Çünki, qeyd etdiyim kimi, bura toplaşan təşkilatlar, xüsusilə də şəxslər bir-birilərini əsasən qəbul etməyən insanlar və təşkilatlardır. Cəmiyyət İctimai Palatada inandığı adamları, siyasətçiləri görmədiyi üçün bu quruma da etibar etmir. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti məhz bu səbəbdən İctimai Palatanın keçidiyi kütləvi aksiyaları dəstəkləmədi..
-Siz prezident seçkilərində müxalifətin hansı formada iştirakının tərəfdarısınız? -Hesab edirəm ki, müxalifət ilk növbədə şəxsi maraqları arxa plana keçirməlidir. Təəssüflər olsun ki, Azərbaycan müxalifətində isə bu yoxdur. Əksinə bizdə parçalanmalar, şəxsi maraqlar daha qabarıqdır. Bundan başqa bəzi siyasi qüvvələr partiyalar arasında ayrı-seçkilik salırlar. İctimai Palatanı bu sıraya aid etmək olar.. Həmin qurumda təmsil olunan partiya liderləri bəyan edirlər ki, gəlin İctimai Palatada birləşək, amma partiyalar qarşısında müəyyən şərtlər qoyur və ya dedikləri fikrilərə əməl etmirlər. Buradan da bəlli olur ki, həmin partiyaların başlıca məqsədi birlik yaratmaq deyil, qrant almaqdır. Ona görə də belə bir vəziyyətdə bu suala cavab vermək bir qədər çətindir.
-Bu gedişlə müxalifət vahid namizəd müəyyən edə biləcəkmi? -Son günlər müxalifətin vahid namizədinin müəyyənləşdirməsi ilə bağlı ortalığa atılan ideyanın reallaşacağına inanmıram. Çünki özünü ana müxalifət adlandıran düşərgədə bu missyanı üzərinə götürəcək lider yoxdu. Çünki müxalifət liderləri zaman-zaman sosial sifarişlərə məhəl qoymadıqlarından bu gün onların fəaliyyəti cəmiyyətdə qıcıq yaradır. Zaman-zaman bu ideya gündəmə gələndə elə oyunlardan çıxıblar ki, bu ideyanın özü artıq həm siyasi dairələr, həm də cəmiyyətdə gülüş doğurur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
|