HÜSEYN DƏRYANIN QUDURĞANLIĞI
Tarix: 25-10-2011, 12:47 |
Çap et
REPÇİ KİMƏ VƏ NİYƏ NAZ EDİR?
Repçi Hüseyn Dərya Gənc Tamaşaçılar Teatrında təşkil olunan təqdimetmə mərasimində dava salıb.
ANS PRESS-in məlumatına görə, şou-biznes nümayəndələrinin mükafatlandırma mərasimində "İlin qayıdışı" nominasiyasında seçilən repçi ona təqdim olunan diplomu səhnədən endikdən sonra yerə çırpıb sındırdı.
Qalmaqallı repçiyə yaxınlaşıb bu hərəkətinə aydınlıq gətirmək istədikdə məsələ daha da böyüdü. Sən demə, səhnədən düşərkən tədbirə birlikdə gəldiyi dostunun onu qarşılayıb əlində tutduğu diplomu və hədiyyə paketini almaması Hüseyn Dəryanın xətrinə dəyib.
Rep ifaçısı bizə, "Bilsəydim özümə menecer tutardım. Dost-tanışı yanında gəzdirəndə belə olar da.", - deyə əsəbi halda cavab verdi. Bundan sonra isə dostu dediyi oğlana nalayiq söyüşlərlə zəngin ittihamlar etdi. Qarşı tərəf əvvəlcə məsələni sakit həll etməyə çalışsa da repçi deyəsən yaxınlıqdakı jurnalistləri, kameraları görüb bir balaca şou yaratmaq istədi. Bunun qarşılığında isə həmin dostundan adekvat reaksiya aldı. O, da repçidən geridə qalmayaraq senzuralı ifadələrlə Hüseyn Dəryanı bəzədi. Teatrın binasından çıxıb avtomobillərinə gedənədək dava davam etdi. Sonrasını isə bilmirik..