İNGİLTƏRƏDƏ QRAN-PRİ YARIŞMASI BAŞ TUTMADI
Tarix: 8-07-2012, 12:34 |
Çap et
BUNA SƏBƏB GÜCLÜ LEYSAN YAĞIŞLARIDIR
İngiltərənin cənub-qərbində leysan yağışlar daşqına səbəb olub. Bir neçə saat aramsız yağan yağış evləri su basmasına, yolların bağlanmasına və dəmiryol nəqliyyatının iflic olmasına səbəb olub.
Eks və Brayd çayları arasındakı ərazilərdə təhlükə ilə bağlı xəbərdarlıq edilib. Devon qraflığında çayın daşması təhlükəsi ilə əlaqədar yüzlərlə sakinin evakuasiya edilməsinə göstəriş verilib. Ümumilikdə, regionun ayrı-ayrı yerlərində 200-dən çox xəbərdarlıq edilib.
Pis hava Silverstounda keçirilən Böyük Britaniya Qran-Prisinin tamaşaçıları üçün də problemlər yaradıb.